Bakı,
Azərbaycan
15.08.23
-
14.09.23
İş haqqında məlumat
- Əmək haqqı sisteminin qurulmasında iştirak etmək;
- İşçilər haqqında əldə olunan məlumat və sənədlərin düzgünlüyünü və uyğunluğunu yoxlamaq;
- İşçilərin əmək haqqı və avanslarını hesablamaq və vaxtında ödəmək;
- İşçilərə verilən bonus, maddi yardım və digər mükafat və ödənişləri hesablamaq və vaxtında ödəmək;
- İşçilərin məzuniyyət haqlarını, kompensasiyalarını və son haqq-hesablarını hesablamaq və vaxtında ödəmək;
- Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişləri hesablamaq və vaxtında ödəmək;
- Əmək müqaviləsində göstərilən xüsusi şərtlər, istisnalar və mükəlləfiyyətləri təhlil etmək;
- Digər gündəlik əmək haqqı əməliyyatlarını yerinə yetirmək;
- İşçilərlə bağlı sənədləşmələrin aparılması üçün müvafiq proses və prosedurların hazırlamasında iştirak etmək və həyata keçirmək;
- Problemlərin səbəblərini araşdırmaq və problemin aradan qaldırılması üçün tədbirlər planı təklif etmək və ya hazırlamaq;
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
- İş saatı: 09:00 - 18:00.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Tələb olunan vəzifə üzrə minimum 2-3 il;
- Dil bilikləri: Rus dili vacibdir, ingilis dili arzu olunandır;
- Kompüter bacarıqları: Excel üzrə yüksək bilik səviyyəsi;
- Vergi məcəlləsi, əmək məcəlləsi, DSMF haqqında qanun və aidiyyatı qanunvericiliklər haqqında biliklər;
- Effektiv işləmə bacarığı;
- Dəqiqlik;
- Detallara diqqətli olmaq.
Maliyyə
Tikinti və təmir