AzərEnerji ASC

Elektronçu mühəndis

1040 ₼
Tam iş günü
Bakı, Azərbaycan
19.04.24 - 19.05.24

İş haqqında məlumat

  • Avadanlığın müntəzəm və texniki cəhətdən düzgün, etibarlı işini, onun növbəliliyinin artırılmasını, tələb olunan dəqiqlik səviyyəsində işləmə qabiliyyətində olmasının təmini;
  • Nəzarət - ölçü cihazlarının etbarlı və düzgün işləməsinə  cavabdehlik daşımaq;
  • Avtomatika və elektronika avadanlılqları ilə bağlı problemləri diaqnostika etməyi bacarmalı və həlli yönündə qərar verilməsi;
  • Avtomatik idarəetmə və elektronika cihazlarında nasazlıq baş verdiyi zaman təmiri və yenidən işə salınmasını təmin etmək;
  • TİQ və TTQ qaydalarına ciddi riayət etməklə lazım olduqda növbə rəisi ilə elektrik sexindəki əməliyyatları aparmaq;
  • Qrafikə uyğun olaraq avadanlıqlara nəzarət etmək.

Tələblər

  • Yüksək Gərginlikli elektrik avadanlıq-qurğularının istismarını (Generator, transformator, eleqaz açarları, ayrıcı, İGM və s.);
  • PLC-lər haqqında ümumi məlumat;
  • Kontaktor və mühərriklərinin bağlantı sxemlərini;
  • Elektrik avadanlıqlarına nəzarət;
  • Stansiyanın alçaq və yüksək gərginlikli elektrik sxemlərini;
  • Sabit və dəyişən cərəyan mənbələrinin sxemlərini;
  • UPS-lərin iş prinsipini və sxemlərini;
  • Tezlik çeviriciləri haqqında ümumi məlumat (ABB, Danfoss, Vacon NXS);
  • Elektronika, nəzarət ölçü cihazlarını və avtomatika vasitələrini təyinatını, quruluşunu və onların işləmə prinsiplərini;
  • Aktuatorların növünə görə klapanlar, pnevmatik və elektrikli klapanlar, onların iş prinsipləri;
  • Əməliyyat ardıcıllığını;
  • UNIC avtomatika sistemi və modulları haqqında ümumi məlumat;
  • Kompressorların iş prinsiplərini, istismar qaydalarını.


Elanın müddəti bitmişdir