AgroTrade Supply

Elektronçu

Ə/h razılaşma ilə
Tam iş günü
Sumqayıt, Azərbaycan
01.03.23 - 31.03.23

İş haqqında məlumat

  • Avtomatik idarəetmə, təchizat və cihazların texnoloji proseslərin texniki xüsusiyyətlərinə uyğun tənzimlənməsi və gərəkli dəyişiklikləri etmək;
  • Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmiri və yenidən işə alınmasını təmin etmək və ya bu kimi işlərə nəzarət etmək və nəzarət ölçü cihazlarının nizamlanmasını təmin etmək;
  • PLC proqramlaşdırma məntiqini bilməli və PLC ilə təchiz olunmuş proseslərin və maşınlarının texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı, həmçinin istehsalda olan funksional maşınların HMI(Human Machine İnterface ) sistemlərinə nəzarət etmək;
  • Tezlik çevricilərini proqramlaşdırmağı və texnoloji proseslərə uyğun local PID kantrolun qurulmasını bacarmaq;
  • Çoxfunksiyalı ölçmə cihazlarının kalibrləmə və parametrlərinin girilməsinə nəzarət etmək, iş prosesində dəqiq və çevik olmağı bacarmaq;
  • Servis və naharla təmin olunma;
  • İş qrafiki: 5 gün.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Avtomatika və NÖC üzrə minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan (əla), ingilis dili (yaxşı), rus dili (orta);
  • Kompüter bacarıqları: Mc Office, Outlook, Photoshop (PLC maşın proqramlama dilini bilənlərə üstünlük verilir);
  • Məsuliyyətlilik və sahiblənmə;
  • Keyfiyyətlilik və effektivlik;
  • Müştəri xidməti yönümlülük;
  • Tezlik çeviriciləri ilə işləmə təcrübəsi;
  • Nəzarət ölçü cihazları ilə işləmə təcrübəsi;
  • Plataların təmiri üsullarını bilməli;
  • Elektron cihaz və detallarda qüsurların aşkarlanma metodlarını bilməli;
  • Rele mühafizə sistemini mükəmməl bilməli;
  • Elektrik təchizatı sxemlərini mükəmməl bilməli;
  • Montaj və demontaj qaydalarını mükəmməl bilməli.
  • Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] mail ünvanına göndərə bilər.


Elanın müddəti bitmişdir