Azərbaycan Dəmir Yolları

Elektrik qatar maşinist köməkçisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
28.02.23 - 30.03.23

İş haqqında məlumat

  • Hərəkətin təhlükəsizliyinin və yanğın təhlükəsizliyinin təmin edilməsi;
  • Qatarların idarə olunmasını və manevr işinin müəyyən edilmiş qaydada yerinə yetirilməsi və qabaqcıl texnologiyaya yiyələnməsi;
  • Sərnişinlərin minib düşməsi qaydalarında pozuntulara yol verməməklə, sərnişinlərə keyfiyyətli xidmət olunmasının təmin edilməsi;
  • Lokomotivin detal və aqreqatlarının, xidmət etdiyi və qarşılaşdığı qatarların vəziyyətlərinə, lokomotivin özbaşına hərəkətə gəlməsinə qarşı bərkidilməsinə nəzarət edilməsi;
  • Maşinistlə maşinist köməkçisi arasında, lokomotiv briqadası ilə qatar dispetçeri yaxud stansiya növbətçiləri arasında danışıq reqlamentinin dəmir yolunda müəyyən olunmuş qaydada yerinə yetirilməsi;
  • Maşinist lokomotivi idarə etmək qabiliyyətini itirdikdə lokomotivin dayandırılması, onun özbaşına hərəkətə gəlməsinə qarşı müəyyən edilmiş qaydada bərkidilməsi, radiorabitə vasitəsilə yaxınlıqdakı qatarların maşinistlərinə, qatar dispetçerlərinə, stansiya növbətçilərinə məlumatın verilməsi;
  • Lokomotivdə (elektrik qatarında) olan təhlükəsizlik sistemi qurğularının işləməsinə müdaxilə edilməməsi;
  • Lokomotivdə (elektrik qatarında) təhlükəsizlik və radiorabitə qurğularının, detal və aqreqatların işinə müəyyən edilmiş qaydada nəzarət edilməsi, onların və yanğından mühafizə qurğularının vəziyyətinin yoxlanılması, baş vermiş hadisələri önləmək bacarığı.
  • İş yeri: Bakı şəhəri, Droqal döngəsi 703.

Tələblər

  • Təhsil: Peşə təhsili;
  • Dəmir yolunun texniki istismar qaydaları (TİQ) üzrə biliklər;
  • Dəmir yolunun işarəvermə qaydaları (İT) üzrə biliklər;
  • Qatarların hərəkəti və manevr işinə dair təlimat(QHT) üzrə biliklər;
  • Yanğın təhlükəsizliyinin təmininə dair təlimat üzrə biliklər;
  • Fərdi keyfiyyət göstəriciləri;
  • Keyfiyyət yönümlülük;
  • Diqqətlilik;
  • İntizamlılıq.
  • Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] mail ünvanına göndərə bilər.


Elanın müddəti bitmişdir