Buxar mühəndislik

Elektrik mühəndisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
05.05.23 - 04.06.23

İş haqqında məlumat

  • Elektrik sisteminin problemlərini müəyyənləşdirmək və onları həll etmək üçün sahə tədqiqatları, tədqiqat xəritələri, qrafiklər, diaqramlar, sxemlər və digər məlumatları hazırlamaq;
  • Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemini qurmaq;
  • Elektrik enerjisinin istehsal, ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək və monitorinq etmək;
  • Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək;
  • Elektrik avadanlıqları və onların ehtiyat hissələrini sifariş vermək;
  • Sınaq və yoxlama qrafiklərinin hazırlanmasında iştirak etmək;
  • Mövcud təlimatlara əsasən, avadanlıqların iş rejiminə və onların texniki normalara uyğun işləməsinə nəzarət etmək;
  • İş yerlərində səmərəliliyin artırılması, avadanlığın modernləşdirilməsi üzrə layihəkonstruktor sənədlərini razılaşdırmaq və rəylər vermək;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Tələblər

  • Yaş: 26-40;
  • Təhsil: Ali (elektrik sahəsi üzrə);
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 4 il;
  • Yüksək gərginlikli xəttə müdaxilə etmə icazəsi olmalı;
  • Diqqətli, çevik və məsuliyyətli olmalı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar