R

Elektrik mühəndisi

Ə/h razılaşma ilə 104
Tam iş günü
Bakı, Azərbaycan
08.02.24 - 09.03.24

İş haqqında məlumat

  • Bina və obyektlərdə elektrik naqillərinin quraşdırılması və lazım gəldikdə hər hansı elektrik işlərinə rəhbərlik;
  • Elektrik sistemlərinin, onların komponentlərinin və elektrik avadanlıqlarının tədqiq edilməsi, planlaşdırılması, qurulması, istismarı, saxlanması və təmiri ilə bağlı məsləhətlərin və təlimatların verilməsi;
  • Bina içi elektrik xətlərin çəkilişinin həyata keçirilməsi;
  • Torpaq altı kabel xətlərinin çəkilişi;
  • Kabel kanalların çəkilişi; 
  • Sahədə aparılan elektrik işlərinə nəzarət etmək, qiymətləndirmək, müvafiq hesabatlar hazırlamaq və dəyişikliklər təklif etmək;
  • Nasazlığın təyin edilməsi və aradan qaldırılması;
  • Tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin təminatı üçün texniki dəstək;
  • Elektrik təchizatı üzrə sınaq və yoxlamalar aparmaq;
  • Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək;
  • Elektrik təchizatı üzrə sənədlərin və hesabatların tərtib edilməsi;
  • Layihələrin uğurla, vaxtında və büdcə çərçivəsində aparılmasına nəzarət.

Tələblər

  • Təhsil: Elektrik sahəsi üzrə ali təhsil;
  • Təcrübə: Tikinti sahəsi üzrə 5 ildən yuxarı təcrübə; 
  • Zəif axım sistemləri üzrə (CCTV, SMATV, İntercom, Yanğın) bilik və təcrübəsi olan;
  • Elektrik sistemlərinin və layihələrinin sərbəst oxuma bacarığı;
  • Hesabat hazırlama və analiz etmə bacarığı;
  • Autocad proqramında işləmə bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar