Bakı,
Azərbaycan
18.08.23
-
17.09.23
İş haqqında məlumat
- Elektrik stansiyaları və transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi, transformatorların, elektrik açarlarının, ayırıcıların və onun birləşmələrinin təftişi ilə sadə işlərin yerinə yetirilməsi;
- Elektrik avadanlığının yüklənməsinin tənzimlənməsi;
- Manometrlə izolyasiyanın vəziyyətinin yoxlanılması, onun elektrik mühərriklərində, transformatorlarda və kabel şəbəkələrində müqavimətin ölçülməsi;
- Güc və işıqlandırıcı elektrik şəbəkələrində, həmçinin elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması;
- Gərginliyi 1000 V-dan yuxarı olan xətlərin kəsilməsi, bitişdirilməsi, izolə edilməsi və lehimləndirilməsi;
- Mürəkkəb işıqlandırıcı armaturun sazlanması və ona xidmət edilməsi, lüminissentli çıraqların qurulması.
Tələblər
- Xidmət edilən sabit və dəyişən cərəyan generatorlarının, elektrik mühərriklərinin, transformatorların, paylaşdırıcı qurğu aparatlarının, elektrik şəbəkəsi və elektrik cihazlarının, qoruyucuların, kontaktorların, akkumulyatorların, statistik kondensatorların, nəzarətedicilərin, civəli düzləndiricilərin və s. quruluşunu;
- Yüksək gərginlikli xətlərin calanması və lehimlənməsi fəndini və üsullarını;
- Rele mühafizəsinə qoyulan tələbləri;
- Elektrik şəbəkəsində, elektrik maşınının işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını;
- Sönən reostatların, avtotransformatorların, yarımavtomatla idarə olunan elektrik xətlərinin iş prinsipini;
- Transformator, elektrik mühərriki, kabel və xətlərin yüklənməsinin müəyyənləşdirilməsini;
- Universal və xüsusi ləvazimatın quruluşunu;
- Sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarının quruluşunu bilməlidir.
Mühəndislik
Qida