MKT İstehsalat Kommersiya MMC
Ə/h razılaşma ilə
Tam iş günü
Goranboy, Azərbaycan
14.05.23 - 13.06.23

İş haqqında məlumat

  • Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün olaraq bütün enerji təsərrüfatını yoxlayır və gündəlik olaraq baş energetikə məruzə edir;
  • Elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarını və təmirini təşkil edir;
  • Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında baş energetikə məlumat verir;
  • Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət edir;
  • Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edir, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atır;
  • Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasını təmin edir;
  • Elektrik cihazlarının təmiri və yoxlanılmasını icra edir;
  • Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfini təhlil edir, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumat verir;
  • Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini icra edir;
  • Profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra edir;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir.

Tələblər

  • Təhsil: Ali və ya orta ixtisas;
  • Təcrübə: 1 il;
  • Enerji avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətini, iş rejimini onların istismar qaydalarını bilməlidir;
  • Əməyin mühafizəsi, istehsalat sanitariyası, təhlükəsizlik texnikası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar