AG

Elektrik

Ə/h razılaşma ilə 319
Tam iş günü
Bakı, Azərbaycan
05.12.24 - 05.01.25

İş haqqında məlumat

  • Yaşayış və qeyri-yaşayış binalarında Liftlərdə çip sisteminin quraşdırılması, o cümlədən sensorlar, kart oxuyucular, nəzarətçilər və digər əlaqəli komponentlərin montajı;
  • Kabinalarda və paylayıcı panellərdə elektrik işlərinin aparılması;
  • Sistemin enerji təchizatı ilə düzgün şəkildə əlaqələndirilməsi;
  • Çip sistemi üçün proqram təminatının tənzimlənməsi, o cümlədən giriş və funksiyaların qurulması;
  • Sistemin funksionallığının yoxlanılması: kart oxuyucularının, sensorların və proqram təminatının düzgün işləməsinin test edilməsi;
  • Sistemdə yaranan nasazlıqların aradan qaldırılması və tənzimləmələrin həyata keçirilməsi;
  • Çip sisteminin müntəzəm diaqnostikası və profilaktikası;
  • Nasaz komponentlərin, məsələn, kart oxuyucuları və ya kabellərin təmiri və ya dəyişdirilməsi;
  • Sistemin davamlı işləkliyini təmin etmək məqsədilə xidmət göstərilməsi, proqram təminatının yenilənməsi və təhlükəsizlik sistemlərinin yoxlanılması;
  • Sistemin quraşdırılması və xidməti zamanı bütün elektrik təhlükəsizliyi normalarına və standartlarına riayət edilməsi;
  • Çip sistemi ilə işləyən işçilər üçün təhlükəsizlik təlimatlarının keçirilməsi;
  • Çip sisteminin liftlərə düzgün inteqrasiyasını təmin etmək üçün layihəçilər, mühəndislər və digər texniki mütəxəssislərlə əməkdaşlıq edilməsi;
  • Lift montajçıları ilə birlikdə çip sisteminin digər lift komponentləri ilə uyğunluğunu təmin etmək üçün birgə işin aparılması;
  • Sistemin quraşdırılması, tənzimlənməsi və xidməti ilə bağlı sənədlərin düzgün aparılması.
  • Yerinə yetirilən işlər və aşkar edilmiş nasazlıqlar barədə detallı hesabatların hazırlanması;
  • Çip sistemindən istifadə edənlərə, məsələn, kompleksin sakinlərinə və ya texniki heyətə, sistemin işləmə prinsipləri haqqında təlimatların verilməsi;
  • Sistemin işləməsi və mümkünsüz nasazlıqlar barədə məsləhətlərin təqdim edilməsi;
  • İş rejimi: 5 günlük;
  • İş yeri: Bakı şəhəri, mərkəz.

Tələblər

  • Ali təhsil: Elektrik və elektronika mühəndisliyi;
  • Elektrik nəzəri və praktik biliklərinin olması;
  • Naqillərlə işləmə bacarığı və elektrik təcrübəsi;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; 
  • Dil bilikləri: Azərbaycan, Rus, dillərində səlis danışıq;
  • Sürücülük vəsiqəsi (B) Sürücülük üzrə ən azı 2 il və daha çox iş təcrübəsi;
  • Yol hərəkəti qaydalarını yaxşı bilməli və riayət etməli;
  • Cihazlarının quraşdırılması üzrə təcrübə;
  • Məsuliyyətli və detallara diqqətlə yanaşan;
  • Müvafiq sahə üzrə xüsusi dərəcə və sertifikasiyası olan namizədlərə üstünlük veriləcək;
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Elektrik" vakansiyanı qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar