SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə 117
Tam iş günü
Bakı, Azərbaycan
02.09.24 - 02.10.24

İş haqqında məlumat

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
  • Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riyaət edilməsi;
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə edilməsi;
  • Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işlərin vaxtında yerinə yetirilməsi;
  • İş yerlərini təmiz saxlamaq, iş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etməklə, görülən işləri keyfiyyətlə yerinə yetirmək və tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısının alınması;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və/və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərinin effektiv şəkildə həyata keçirilməsi;
  • Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daim özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinin uyğun olaraq xətasız görülməsi;
  • Mərkəzləşmiş təmir prinsipinə uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyətin göstərilməsi;
  • İşlədiyi struktur bölmələrdə bütün elektrik avadanlıqların təftiş və təmirinin önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirilməsi;
  • İllik, aylıq, həftəlik təmir planlarındakı işlərin proqrama uyğun həyata keçirilməsi;
  • SAP programı üzərindən şirkət tərəfindən müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşması.

Tələblər

  • Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlara əsaslanaraq bütün qurğularda və elektrik yarımstansiyalarında olan elektrik avadanlıqlarını sazlamağı və onlara xidmət etməyi bilməlidir;
  • Yüksək və alçaq gərginlikli elektrik açarlarının, paylayıcı qurğuların, transformatorların, elektrik mühərriklərinin, dizel generatorlarının və digər elektrik avadanlıqların işləmə prinsiplərini bilməli, zavodun elektrik təchizatı sisteminə aid olan bütün növ elektrik sxemləri, diaqramları oxumağı və anlamağı bacarmalı, zavodun elektrik təchizatı sisteminə aid olan bütün elektrik avadanlıqlarının təmirini, bərpasını, sınaq-sazlama işlərini yerinə yetirə bilməlidir;
  • Yüksək və alçaq gərginlikli elektrik avadanlıqlarında elektrik əməliyyatlarının aparılmasını nəzəri və praktiki olaraq bilməlidir.
  • Vakansiya ilə maraqlanan şəxslər https://socardownstream.az/az/vacancy/elektrik-80 linkinə keçid edərək müraciət edə bilər.


Oxşar vakansiyalar