Azərbaycan Dəmir Yolları
Ə/h razılaşma ilə 82
Tam iş günü
Sumqayıt, Azərbaycan
10.06.24 - 10.07.24

İş haqqında məlumat

  • Stansiyanın, onun tabeliyində olan stansiya və dayanacaqların elektrik təchizatı sisteminə nəzarət etmək, elektrik avadanlıqlarının istismarını, tənzimlənməsini və saz vəziyyətdə olmasını, qəzasız və dayanıqlı işləməsini təmin etmək; 
  • Elektrik xətlərinin zədələnməsi hallarının qarşısının alınmasını və qurğularda, quruluşlarda, elektrik xətlərində baş vermiş qüsur, nasazlıq və qəzaların vaxtında aradan qaldırılmasını təmin etmək; 
  • Yeni elektrik şəbəkəsinin, xətlərinin, avadanlıqlarının quraşdırılmasını, tənzimlənməsini, sınaqdan keçirilməsini, zəruri hallarda ayrı-ayrı hissələrdə elektrik xətlərinin dəyişdirilməsini, həyata keçirmək; 
  • Elektrik paylayıcı quruluşlarını, elektrik lövhələrini, işıqlandırma armaturlarını, elektrik cihazlarını, avadanlıqlarını quraşdırmaq və təmir etmək, birləşdirici muftaları və torpaqlama şəbəkələrini quraşdırmaq; 
  • Avadanlığı gücləndirmək üçün kabel növünü və onun en kəsiyini hesablamaq, elektrik rozetlərini və açarları quraşdırmaq; 
  • Stansiyanın xarici işıqlanma sisteminin vaxtında açılıb-qoşulmasını həyata keçirmək; 
  • Qəzaya və digər zərərlərə səbəb ola biləcək şərait və səbəblərin dərhal aradan qaldırılmasını təşkil etmək; 
  • Elektrik qurğularının və elektrik avadanlıqlarının istismarı zamanı yaranan nasazlıqların və qəzaların səbəblərini müəyyən etmək, onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görmək; 
  • İstifadə etdiyi avadanlıq və vazifələrə texniki xidmətin göstərilməsi, tənzimlənməsi, təmiri və xırda nasazlıqların aradan qaldırılması işlərində iştirak etmək.

Tələblər

  • Yerinə yetirdiyi işlərin həcmində elektrotexnikanın əsasları; 
  • Elektrik qurğularının və elektrik avadanlıqlarının istismarı və təmiri üzrə normativ hüquqi aktları, digər təlimatları, metodiki və normativ materialları və sənədləri; 
  • Elektrik qurğularına və elektrik avadanlıqlarına texniki qulluq zamanı işlərin təşkilini və yerinə yetirilməsi qaydası; 
  • Elektrik qurğularına təhlükəsiz xidmət qaydalarını, naqillərin çəkilməsi üsulları; 
  • Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsiplərini, habelə ölçü cihazlarını və onlardan istifadə prinsipləri; 
  • Müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydaları;
  • Keyfiyyət yönümlülük;
  • Diqqətlilik;
  • İntizamlılıq.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar