Amal Group

Elektrik

Ə/h razılaşma ilə 90
Tam iş günü
Bakı, Azərbaycan
06.02.24 - 07.03.24

İş haqqında məlumat

  • Sxem və göstərişləri oxuyur, elektrik təhlükəsizliyi üzrə təlimatlara riayət edir;
  • Tələblərə uyğun olaraq mürəkkəb olmayan elektrik xətləri, avadanlıqları, şəbəkə açarlarını yerləşdirir və quraşdırır;
  • Böyük həcmdə həyata keçirilən iş prosesində inşaat hissələri, quraşdırıcı alət və ya sistemlərin göstəricilərini müəyyən etmək məqsədilə yoxlama avadanlıqlarını quraşdırır və idarə edir;
  • İstifadə üzrə təlimatlar, eləcə də müvafiq əl alətləri və dəzgahlardan istifadə etməklə naqilləri, avadanlıqları və şəbəkə açarlarını hazırlayır və quraşdırır;
  • Elektrik sxemində qeyd olunan zəruri düzəlişlərə əsasən naqil və avadanlıqları hazırlayır və quraşdırır;
  • Təhlükəsizlik və nəzarət qurğularını quraşdırır;
  • Texniki göstəricilərə əsasən naqillər, sistem elementləri və dəzgahların elektrik xətlərini quraşdırır;
  • Təlimatlar və qaydalara əsasən zəruri halda münasib texniki üsulları tətbiq etməklə xüsusi hissələr, örtüklər və qoruyucu vasitələri quraşdırır;
  • Funksional düzəlişlər etmək məqsədilə elektrik xətlərini yeniləyir;
  • Göstərilən normalara əsasən sınaq və ölçmə avadanlıqlarından istifadə etməklə nasazlıqları və nöqsanları müəyyənləşdirir;
  • Prototip və elektrik sistemlərini birləşdirir;
  • Müvafiq alətlər və ölçmə cihazlarından istifadə etməklə modifikasiyaları iş planına uyğun həyata keçirir;
  • Nasaz elektrik hissələrini çıxarır və təmir aparatı yaxud yenisi ilə əvəz edir;
  • Normalara əsasən dövri texniki xidmətin göstərilməsi qaydalarına riayət edir;
  • Elektrik xəttləri və avadanlıqlarını təchizat mənbələrinə qoşur;
  • Kabel və avadanlıqları izolyasiya edir;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Yaş: 25-45;
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur).


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar