Daşkəsən,
Azərbaycan
20.11.23
-
20.12.23
İş haqqında məlumat
- Müxtəlif sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərmək;
- Transformator yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsində iştirak etmək;
- Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək;
- Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının sxemini, qurğuları yoxlamaq və qüsurları aradan qaldırmaq;
- Elektron idarəetmə sxemli qaynaq avadanlığına, həmçinin yüksək tezlikli lampa generatorlarına xidmət göstərmək;
- Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
- Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
- Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
- Əmək qanunvericiliyinin tələblərinə əməl etmək;
- İş qrafiki: Növbəli.
Tələblər
- Təhsil: Sahə üzrə orta ixtisas və ya ilk peşə təhsili;
- Təcrübə: Sahə üzrə minimum 1 il;
- Sahə üzrə müvafiq sertifikatlar (arzuolunandır);
- Əməkdaşlıq, məsuliyyətlilik, çeviklik, problem həll etmə bacarıqları;
- Elektrik idarəetmə aparatlarının iş prinsiplərini bilmək;
- Elektrik sxemlərini tərtib etmək və quraşdırmaq bacarığı;
- Elektrik mühərriklərinin, güc, gərginlik və cərəyan transformatorlarının quruluşunu, birləşmə qruplarını və iş prinsipini bilmək;
- Birxətli və prinspial sxemləri oxumaq və elektrik dövrələrində qüsurları aşkar etmək bacarığı;
- ETQ və TİQ sahəsində biliklərə malik olmaq.
- Vakansiya ilə maraqlanan şəxslər https://careers.azergold.az/vakansiya/elektrik-temir-tikinti-ve-energetika-sobesi-covdar-filiz-emali-sahesinin-temir-tikinti-ve-energetika-bolmesi-1 linkinə keçid edərək müraciət edə bilər.
Xidmət
Peşəkar xidmətlər