Aztelekom

Əlavə dəyər xidmətlərinin araşdırılması üzrə inzibatçı

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
14.05.24 - 13.06.24

İş haqqında məlumat

  • Tələb olunan multimedia xidmətlərinin verilməsi zamanı avadanlıqların sazlanması və dayanıqlı işinin təmin edilməsi;
  • GPON və LTE texnologiyalarının,multimedia xidmətlərinin, ADSL internet kanalının, ayrılmış internet kanallarının (AİK), ethernet port xidmətlərinin tətbiqi;
  • Sahədə quraşdırılan taksafon aparatlarının dislokasiyası üzrə təkliflərin verilməsi;
  • Müvafiq sahə üzrə mövcud qayda və standartlara uyğun olmadan təşkil edilən telekommunikaiya xidmətlərin (danışıq trafikinin) aşkarlanması və qarşısının alınması ilə bağlı aidiyyəti qurumlarla birlikdə tədbirlər görülməsi;
  • Cəmiyyətdə mövcud olan qayda və təlimatların tələblərinə uyğun fəaliyyət göstərilməsi;
  • Bütün nöqsanlar və aşkar edilən faktlar barəsində şöbə müdirinə dərhal məlumat verilməsi;
  • Alınmış nəticələri təhlili və istismarın təkmilləşdirilməsi üçün təkliflər verilməsi.

Tələblər

  • Təhsil: Telekommunikasiya və ya texniki ixtisaslar üzrə ali təhsil;
  • Təcrübə: Sahəsi üzrə 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır);
  • Kompüter bacarıqları: MS Office və Outlook proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalıdır;
  • İnformasiya kommunikasiya texnologiyaları şəbəkəsi üzrə nəzəri və praktiki biliklərə sahib olmalıdır;
  • Peşəkar şifahi və yazılı ünsiyyət bacarığı;
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir.


Oxşar vakansiyalar