Bakı,
Azərbaycan
12.03.23
-
11.04.23
İş haqqında məlumat
- Satışa buraxılan məhsulu cəmiyyətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə və topdan satış məntəqələrinə vaxtlı-vaxtında çatdırmaq;
- Müəyyən olunmuş qaydada tərtib edilən həcmdə məhsul satışını həyata keçirtmək;
- Kateqoriyalara bölünmüş məntəqələr üzrə getmə tezlikləri əsasında məhsulun çatdırılmasını təmin etmək;
- Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatlar dəqiq və ətraflı hazırlayıb aidiyyatı şəxsə təqdim etmək;
- Lazım olan təqdirdə ticarət məntəqələrində müxtəlif reklam materiallarını yerləşdirmək;
- Şirkətin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək;
- AR Əmək Məcəlləci uyğun sənədləşmə;
- İş saatı: 09:00 - 17:00;
- İstirahət: 1 gün.
Tələblər
- Yaş: 25-45;
- Cinsi: Kişi;
- Təhsil: Minimum tam orta təhsil;
- Təcrübə: 3-5 il;
- Dil bilikləri: Rus dili bilənlərə üstünlük verilir;
- BC sürücülük vəsiqəsi;
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar.
Nəqliyyat və logistika
Nəqliyyat