Baku Electronics

E-commerce departamentinə kiçik əməliyyatçı

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
12.01.23 - 11.02.23

İş haqqında məlumat

  • Təhvil nöqtələrindən son istehlakçıya qədər bütün əməliyyat zəncirində mükəmməlliyin təmin edilməsi üçün müvafiq işlərin görülməsində iştirak etmək;
  • Online satış təmsilçiləri işdə olmadıqları zaman onları əvəz etmək və onlara həvalə edilmiş bütün işlərin qanunvericiliyə və şirkət daxili prosedurlara uyğun icra edilməsini təmin etmək;
  • Anbar əməliyyatlarına dair bütün işlərin sistemə işlənməsində, mal qalıqlarını dövri olaraq yoxlanmasında anbardarı o işdə olmadığı zaman əvəz etmək;
  • Yüklərin anbara qəbulu, saxlanması və oradan təhvil verilməsində anbardarı əvəz etmək;
  • Yüklərin qabaqcadan sifarişlər və istiqamətlər üzrə komplektləşdirilməsini təşkil edilməsində anbardarı əvəz etmək;
  • Əməliyyat işinin məhsuldar təşkili üçün mütəmadi olaraq təkliflər hazırlamaq;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları və təlimatları vaxtında yerinə yetirmək.

Tələblər

  • Təhsil: Ali;
  • Kompüter bacarıqları: MS Office proqramlarından sərbəst istifadə (Excel biliklərinin olması üstünlükdür);
  • Şifahi və yazılı ünsiyyətqurma bacarığı;
  • Məsuliyyətlilik, işdə dəqiqlik, detallara fikir vermək bacarığı.


Elanın müddəti bitmişdir