STP Global Cable

Direktorun köməkçisi

Ə/h razılaşma ilə
Tam iş günü
Sumqayıt, Azərbaycan
15.09.23 - 15.10.23

İş haqqında məlumat

  • Direktorun tapşırığı əsasında sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
  • Direktorun iştirak edəcəyi iclasların, görüşlərin planlaşdırılması, əlaqələndirilməsi, qrafikinin tərtib olunması;
  • Keçirilmiş iclasların, görüşlərin qeydiyyatının aparılması və qısa zamanda müvafiq şəxslərə göndərilməsinin təmin edilməsi;
  • Daxil olan hesabatların toplanması, nəzərdən keçirilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
  • Direktorun imzasına daxil olan sənədlərin qəbul edilməsi;
  • Direktorun tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
  • Direktorun qonaqlarının qəbul edilməsi;
  • Daxil olan telefon zənglərinin cavablandırılması;
  • Direktor tərəfindən tapşırılan digər müvafiq vəzifələrin yerinə yetirilməsi.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahədə 1-3 il;
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini işgüzar yazışmalar aparmaq bacarığı səviyyəsində bilməli;
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • Tapşırıqları prioritetləşdirmək bacarığına malik olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalı.
  • Vakansiya ilə maraqlanan şəxslər https://stpcareer.com/vakansiya-haqqinda/81 linkinə keçid edərək müraciət edə bilər.


Oxşar vakansiyalar