Grand Motors MMC

Direktor köməkçisi

Ə/h razılaşma ilə 443
Tam iş günü
Bakı, Azərbaycan
24.12.24 - 24.01.25

İş haqqında məlumat

  • Əməkdaşlarla baş direktor arasında əlaqələndirici olaraq çıxış edilməsi;                       
  • Baş direktorun təsdiqi üçün daxil olmuş sənədlərin yoxlanılması;                        
  • Sənədlərin təsdiqə verilməsi və təsdiqlənmiş sənədlərin əməkdaşlara təqdim olunması;                      
  • Təsdiqlənmiş sənədlərin skan edilməsi və kataloqlaşdırılması;                        
  • Ehtiyac olduqda təchizatçıların araşdırılması və nəticənin baş direktora təqdim olunması;                       
  • Tərcümə və çap işlərinin icrası;                      
  • Baş direktorun görüşlərinin təşkili, izlənilməsi və ehtiyac olduqda onlayn görüşlərin yaradılması;                    
  • Əməkdaşların daxili və xarici səfərlərinin planlaması, aviabiletlərin alınması və otelin bron edilməsi;                       
  • Baş direktorun adından şirkətin korporativ portalında tapşırıqların yaradılması və həmin tapşırıqların icrasına nəzarət edilməsi;                      
  • Direktorun qonaqlarının qarşılanması və yerləşdirilməsi;                      
  • İş şəraiti və ümumi vəziyyətlə bağlı direktorun məlumatlandırılması;                       
  • Görüşlərə hazırlığın aparılması, görüşdə toxunulacaq məsələlərlə bağlı qeydlərin aparılması;                        
  • Ofisə daxil olan sənədlərin təhvil alınması və ya müvafiq qurumlara çatdırılmalı sənədlərin göndərilməsi;                        
  • Şirkətin korporativ portalında direktorun göstərişi ilə məlumatların paylaşılması.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, yüksək səviyyədə rus və ingilis dili biliyi;
  • Müvafiq sahədə azı 1 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office (Excel və Word).