Avrora Qrup

Deklarasiya üzrə mütəxəssis

Ə/h razılaşma ilə 153
Tam iş günü
Bakı, Azərbaycan
07.11.24 - 07.12.24

İş haqqında məlumat

  • Deklarasiyası təsdiq edilmiş yüklər haqqında gömrük proseslərindən məsul şəxsə məlumat verir;
  • Gömrük bəyannamələrinin qeydiyyatını aparır;
  • Gömrük inspektoru ilə mütəmadi olaraq danışıqlar aparır, yaranmış olan problemlərin aradan qaldırılması üçün addımlar atır;
  • Gömrük rəsmiləşdirilməsi üçün tələb edilən sənədlərin toplanması üçün mütəmadi olaraq aidiyyəti şöbələrlə koordinasiya edir;
  • Gündəlik sənədləşdirilmiş yüklərin sistem üzərindən yoxlanmasını təmin edir;
  • İdxal sənədlərinin yoxlayır və idxal bəyannamələrini tərtib edir;
  • Qısa idxal bəyannamələrini hazırlayır, yoxlayır, təsdiq prosesini icra edir və gömrüyə təqdim edir;
  • Tədərükçilərlə bağlanmış müqavilələrin əlavələrini elektron hökümət portalı üzərindən gömrük rəsimləşdirilməsi üçün kodlarını alır, yol xərcinin mümkün qədər azaldılmasının qərarını vermək və gömrük sisteminə daxil edir;
  • Yüklərin hərəkətliliyinin yükün növünə görə prioritetləşməsini həyata keçirir;
  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş yeri: Aşıq Molla Cümə, 46C.
  • İş saatı: 09:00-18:00.

Tələblər

  • Təhsil: Ali; 
  • İş təcrübəsi: Sahə üzrə min.1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dil biliyi arzuolunandır.
  • Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və Gömrük bəyannamələrinin doldurulması qaydasının metodikası haqqında biliklər;
  • Problemləri həll etmə bacarığı;
  • Analitik düşüncə;
  • Komanda ilə işləmək bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar