Bakı,
Azərbaycan
30.01.25
-
28.02.25
İş haqqında məlumat
- Magistraturaya qəbul, qeydiyyyat və s. kimi məsələlərdə sənədləşdirmə işlərini həyata keçirir;
- Doktoranturaya fəlsəfə və ixtisas fənlərindən qəbul imtahanlarını təşkil edilməsində sənədləşdirmələri həyata keçirir;
- Doktorant və dissertantların minimum imtahanlarının verilməsi prosesində sənədləşmələri aparır;
- Tələbələrin elmi məqalə və dissertasiya işlərinin plagiat yoxlamalarını təşkil edir;
- Tələbələrin təliminin və tədqiqatının keyfiyyətini təmin etmək üçün Kitabxana İnformasiya Mərkəzi və uyğun departamentlər ilə koordinasiyanı təmin edir;
- Magistr, doktorant və dissertantların bütün fayl və məlumatlar ilə bağlı sənədlərinin lazımi qaydada saxlanılmasını təmin edir;
- İclas protokollarını hazırlayır;
- Digər kargüzarlıq işlərini həyata keçirir;
- Qeyd: Dekanlıq Universitetin Mərkəz kampusunda, B. Səfəroğlu, 122 ünvanında (Şahmat məktəbinin yanı) yerləşir.
Tələblər
- Fakültənin profilinə uyğun magistr dərəcəsi;
- İngilis dilində şifahi və yazılı ünsiyyət bacarıqları;
- Sənədlərlə işləmək, yazışma və kargüzarlıq bacarıqları;
- Yaxşı kompüter vərdişləri (Microsoft Office);
- Tələbə və işçilərlə yaxşı ünsiyyət bacarıqları;
- Sərbəst şəkildə işləmək və təşəbbüs göstərmək bacarığı;
- Müsbət düşüncəyə və ozünü motivasiya etmək xüsusiyyəti;
Müraciət üçün tələb olunan sənədlər:
- Tərcümeyi hal (CV);
- Müraciət məktubu;
- Tövsiyyə məktubu verəcək üç şəxsin adı, vəzifəsi və E-poçt ünvanları.
Təhsil və elm
Təhsil