Ram Holding

Daxili satınalma bölməsinin rəhbəri

3000 - 3500 ₼
Tam iş günü
Bakı, Azərbaycan
17.01.23 - 16.02.23

İş haqqında məlumat

  • Bölmənin idarəedilməsi, əməkdaşların sayı və funksiyaları barədə təkliflərin verilməsi, seçilməsi, strukturun yenidən qurulmasında iştirak edilməsi;
  • Bölmənin fəaliyyətini tənzimləyəcək prosedurların yazılması;
  • Satınalma əməliyyatlarının planlaşdırılması, istiqamətləndirilməsi, icraatına nəzarət olunması;
  • Sifarişlərin uçotunun düzgün aparılması, vaxtında və keyfiyyətli icrasının təmin edilməsi;
  • Tədarükçülərlə əlaqələrin qurulması, danışıqların aparılması, endirimlərin alınması və s. kommunikasiya fəaliyyətlərinin icra edilməsi;
  • Tədarükçü siyahısının və məlumat bazasının yaradılması, mütəmadi yenilənməsinin təmin olunması;
  • Sifariş növlərinə görə əməkdaşlar arasında vəzifə bölgüsünün aparılması və sifarişlərin bölüşdürülməsi;
  • Sifarişçi şikayətlərinin araşdırılması, həlli və onlara keyfiyyətli xidmətin təmin edilməsi;
  • Müqayisə cədvəlləri (Bids Summary) əsasında uyğun tədarükçülərin seçilməsi;
  • Sifarişlərin vaxtında, ən münasib qiymətlə və ən uyğun keyfiyyətdə satınalınaraq sifarişçiyə çatdırılmasının təmin edilməsı;
  • İri həcmli və mütəmadi sifariş olunan mallarla bağlı tenderlər təşkil edərək, daha münasib şərtlərlə satınalma prosesini optimallaşdırmaq;
  • Tədarükçülərlə müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinin təmin edilməsi;
  • Satınalma prosesində baş verə biləcək risklərin və uyğunsuzların idarə edilməsi və həll yollarının tapılması üzrə təkliflərin rəhbərliyə təqdim edilməsi;
  • Bölmə əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün addımların atılması;
  • İş qrafiki: 6 günlük (şənbə günü növbəli);
  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz;
  • Şirkət hesabına korporativ nömrə.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Satınalma sahəsində 3-5 il (rəhbər olaraq);
  • Kompüter bacarıqları: MS Office və 1C proqramları üzrə bilikər yüksək səviyyədə;
  • Danışıqların aparılması bacarığı;
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları.


Elanın müddəti bitmişdir