Bakı,
Azərbaycan
23.01.24
-
22.02.24
İş haqqında məlumat
- Daxili nəzarət və təftiş funksiyasının icrası üçün müxtəlif analitik və operativ təhlil, təftiş, yoxlama proseslərinin planlanması və icrasında iştirak;
- Proseslərdə, nəzarət mexanizmlərində və onların icrasında mövcud və yol verilmiş boşluq və pozuntuların aşkar edilməsi zamanı, həmçinin həmin hallar üzrə optimallaşdırıcı və düzəldici təklifləri birbaşa rəhbərə təqdim etmək;
- Aşkar edilmiş boşluqlar, xəta və pozuntular haqqında hesabatlar və təqdimatların hazırlanması;
- Əməliyyat və maliyyə risklərinin idarə edilməsi üçün risklərin operativ müəyyən edilməsi və qiymətləndirilməsini təmin etmək, cavab mexanizmlərinin hazırlanması, planlanması üzrə təkliflər verilməsini təmin etmək;
- Aşkar edilmiş boşluqlar, uyğunsuzluqlar, xəta və pozuntuların aradan qaldırılması üçün tələbnamələr hazırlanması və icrasına nəzarət ilə bağlı birbaşa rəhbərə hesabat təqdim etmək;
- Şöbənin işinin təşkil olunmasında və işçilər arasında vəzifə və məsuliyyət bölügüsünün edilməsində birbaşa rəhbərin tapşırıqlarını icra etmək və s.
- Servis xidməti;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 08:30 - 17:30;
- İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı).
Tələblər
- Təhsil: Ali təhsil (İnzibati İdarəetmə, İqtisadiyyat, Maliyyə-kredit, Mühasibatlıq, Audit və s. ilə əlaqəli istiqamət üzrə);
- Təcrübə: Daxili Nəzarət, təftiş, risklərin idarə edilməsi və ya digər əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Kompüter bacarıqları: MS Excel bilikləri – yüksək səviyyədə, 1C ERP ilə işləmək təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dili arzuolanındır;
- Yüksək səviyyədə analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
- Sürücülük vəsiqəsinin olması üstünlükdür.
İnzibati, Biznes, İdarəetmə
Nəqliyyat
Elanın müddəti bitmişdir