MKT İstehsalat Kommersiya MMC

Daxili nəzarət üzrə kiçik mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
17.04.24 - 17.05.24

İş haqqında məlumat

  • Qanunvericiliyin, daxili prosedur və qaydaların pozulmalarını aşkar etmək məqsədi ilə müvafiq məlumatı toplayaraq analiz etmək;
  • Nəzarət mexanizmlərinin işlək olmasının təsdiqi məqsədi ilə qaydalara əsasən test və müsahibə üsulunu həyata keçirmək;
  • Mühasibat sistemlərinin effektivliyi və səmərəliyini, eləcə də qəbul olunmuş mühasibat prosedurlarının təcrübədə tətbiq olunub-olunmamasını yoxlamaq;
  • Komanda üzvü qismində səmərəli çalışıb, öhdəlikləri bölüşüb, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparmaq;
  • Təyin olunmuş digər tapşırıqları yerinə yetirmək;
  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:30 - 18:30;
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.

Tələblər

  • Təhsil: Maliyyə, mühasibat uçotu və ya digər oxşar sahələr üzrə ali təhsil;
  • Təcrübə: Daxili nəzarət, daxili audit və oxşar sahələr üzrə 0-1 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: Excel ilə ən azı orta səviyyədə işləmə bacarığı;
  • Ölkədaxili ezamiyyət etmək imkanı;
  • CIA və ACCA sertifikatlarının olması üstünlükdür;
  • Problemləri həll etmə bacarıqları;
  • Öyrənməyə və inkişafa meyilli olmaq;
  • B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlükdür.