Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Daxili keyfiyyət təminatı mərkəzi üçün mütəxəssis

Ə/h razılaşma ilə 1721
Tam iş günü
Bakı, Azərbaycan
16.01.25 - 16.02.25

İş haqqında məlumat

  • Təhsil müəssisəsində keyfiyyət təminatı sistemlərinin tətbiqi və idarə edilməsi;
  • Tədris proqramlarının, tədris resurslarının və təlim metodlarının keyfiyyətinə nəzarət;
  • Daxili auditlərin keçirilməsi və hesabatların hazırlanması;
  • Akademik və administrativ heyət, tələbə və digər maraqlı tərəflər arasında hər rüb üzrə sorğuların keçirilməsi və təhlili;
  • Həyata keçirilmiş sorğuların təhlili barədə rəhbərliyə dövrü olaraq müvafiq hesabatların hazırlanması;
  • Keyfiyyət göstəricilərinin monitorinqi və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Milli və beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq fəaliyyətlərin təşkil edilməsi;
  • Akkreditasiya və digər qiymətləndirmə proseslərində iştirak;
  • Keyfiyyət mədəniyyətinin formalaşdırıması işinin təşkili.

Tələblər

  • Müvafiq sahədə bakalavr və/və ya magistr dərəcəsi (məsələn, təhsil, idarəetmə, keyfiyyət təminatı, biznes administrasiyası);
  • Təhsildə və ya idarəetmədə keyfiyyət təminatı sahəsində iş təcrübəsi (adətən 2-5 il);
  • Akkreditasiya prosesləri, daxili audit və təhsil standartlarının qiymətləndirilməsi üzrə təcrübə;
  • Analitik bacarıqlar: Məlumatların təhlili, hesabatların hazırlanması və nəticələrin qiymətləndirilməsi;
  • Ünsiyyət bacarıqları: Effektiv yazılı və şifahi ünsiyyət;
  • Təşkilati bacarıqlar: Layihələrin idarə olunması, vaxtın düzgün planlaşdırılması;
  • Kompyuter bacarıqları: MS Office proqramları və keyfiyyət təminatı sistemləri ilə işləmək bacarığı;
  • Diqqətlilik və detallara dəqiqlik;
  • Komanda ilə işləmə bacarığı və problemləri həll etmə qabiliyyəti;
  • İnnovativ yanaşma və davamlı təkmilləşmə ruhu;
  • Universitetin daxili siyasət və strategiyalarına uyğunlaşmaq;
  • Azərbaycan dili sərbəst (rəsmi sənədlərin hazırlanması üçün), İngilis dili (beynəlxalq standartlarla işləmək və xarici akkreditasiya orqanları ilə ünsiyyət üçün), Rus dili bilikləri üstünlük ola bilər;
  • Tərcümeyi-hal CV;
  • Ali təhsili təsdiq edən sənədlərin surəti;
  • Daxili keyfiyyət təminatı üzrə sertifikat; 
  • Müşayiətedici məktub (motivasiya, – maksimum 500 söz); 
  • Tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).

Oxşar vakansiyalar