Abşeron Logistika Mərkəzi

Daxili daşımalar üzrə menecer

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
03.04.24 - 03.05.24

İş haqqında məlumat

  • Müştərilərdən daxili daşıma üzrə daxil olan müraciətləri cavablandırmaq;
  • Daxili yük daşınma bazarını mütəmadi təhlil etmək, müvafiq təkliflər hazırlamaq;
  • Yük sahiblərinin yükünün sifariş ünvanları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, təklif hazırlamaq;
  • Yeni müştərilər cəlb etmək;
  • Daşıma təklifi üzrə yük sahibinin suallarını cavablandırmaq, razılaşmanı təmin etmək;
  • Ekspeditor şirkətlərlə əməkdaşlıq yaratmaq, yük sahibinin daşıma sifarişlərinin icrasında ekspeditor xidmətlərin rolunu müəyyən etmək, onların effektivliyini qiymətləndirmək;
  • Dövrü olaraq yük daşıması xidmətlərindən faydalanan müştəri bazasını, hərəkət marşurutlarını və daşımanın gəlirliyini qiymətləndirmək, optimallaşdırma imkanlarını müəyyən etmək;
  • Ekspeditorların daşıma xidmətlərinin performansını qiymətləndirmək, əlverişli qiymət tədarük imkanlarını müəyyən etmək, ekspeditor loyallığını təmin etmək;
  • Potensial və mövcud müştərilərin yük hərəkətini  təhlil etmək, daşıma xidməti üzrə təkliflərlə müştəriyə çıxmaq;
  • Daşıma hərəkətlərinin reyestrini yaratmaq, planlanan tarix üzrə icra vəziyyətini izləmək;
  • Yüklərin sərhəd keçid məntəqələrindən giriş-çıxışını nəzarətdə saxlamaq;
  • Daşımalar üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, daşımanı təmin etmək;
  • Müştəri performansı üzrə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • İşçi heyətini idarə etmək, iş bölgüsünü aparmaq, hədəfləri müəyyənləşdirmək, icrasına nəzarəti və qiymətləndirliməsini təmin etmək;
  • Gündəlik reyslərin izlənməsi;
  • Aylıq, rüblük hesabatların hazırlanması və təqdimatı.

Tələblər

  • Təhsil: Ali təhsil;
  • Təcrübə: İdarəetmə sahəsində minimum 5 il, o cümlədən daxili daşıma sahəsində 3 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilməli;
  • Kompüter bacarıqları: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
  • Heyəti idarəetmə bacarığı;
  • Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
  • Müştərini dinləmək və inandırmaq bacarığı;
  • Təqdimat bacarığı;
  • Prosesləri qurmaq və idarəçilik bacarığı;
  • Xərcləri idarə etmək bacarığı.


Oxşar vakansiyalar