Bakı,
Azərbaycan
18.02.25
-
19.03.25
İş haqqında məlumat
- Biznes üçün innovativ ödəniş həlləri hazırlamaq və tətbiq etmək;
- Visa, MasterCard, American Express tərəfindən sertifikatlaşdırılmış ən qabaqcıl texnologiyalarla, eləcə də TOP banklar və aparıcı beynəlxalq və yerli brendlərlə işləmək;
- E-commerce həlləri, ödəniş platformaları və xidmətlər yaratmaq;
- İnnovasiyaları tətbiq etmək və komandamızla birlikdə ödənişləri daha sürətli, etibarlı və təhlükəsiz etmək;
- Bazarın önündə olmaq və sənayeni dəyişəcək yeni ideyalar təklif etmək;
- Rəqabətədavamlı əməkhaqqı;
- Peşəkar və karyera inkişafı üçün imkanlar;
- Daima dəstək olan və kömək etməyə hazır peşəkar komanda;
- Bazarın inkişafına yönəlmiş innovativ layihələr üzərində işləmək imkanı;
- Rəsmi işə qəbul: Azərbaycan qanunvericiliyinə uyğun əmək müqaviləsi;
- Peşəkar mühit: Mərkəzdə yerləşən, müasir tələblərə cavab verən rahat ofis, həftədə 5 iş günü (09:00-18:00).
Tələblər
- Bütün növ Ödəniş təşkilatı əməliyyatlarının və şirkətdə mövcud olan bütün risklərin auditini aparmaq;
- Şirkətin maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunmasının auditini aparmaq;
- Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək;
- Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;
- Boşluqları aşkar etmək və risklərin qarşısının alınması üzrə tədbirləri tövsiyyə etmək;
- Mühasibat sənədlərini, əvvəlki hesabatları, məlumatları, sxemləri və s. qəbul etmək, təhlil etmək və qiymətləndirmək;
- Audit zamanı aşkar edilmiş problemlər haqqında yekun qərar qəbul edilməsi üçün araşdırmaq;
- Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
- Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək;
- Maliyyə, iqtisadiyyat üzrə ali təhsil;
- Maliyyə və ya audit üzrə beynəlxalq sertifikat;
- Daxili audit, risklərin idarəolunması, daxili nəzarət və oxşar sahələrdə minimum 2 il iş təcrübəsi. Bank sahəsində iş təcrübəsinin olması üstünlükdür;
- Müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də ödəniş təşkilatına dair daxili normatıv sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.) bilmək və onlara riayət etmək;
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilmək;
- Analitik düşünmə, təhlil etmə qabiliyyəti,
Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür.
Daxili audit üzrə mütəxəssis
Maliyyə xidmətləri