Bakı,
Azərbaycan
23.10.23
-
22.11.23
İş haqqında məlumat
- Şöbənin fəaliyyət istiqaməti üzrə illik audit planının, strategiyanın və praktiki audit proqramının hazırlanmasında iştirak edir;
- Risk reyestrinə əsaslanmış audit yoxlaması zamanı aşkar edilən məsələləri müzakirə edir və müvafiq qaydada həll yolları təklif edir;
- İllik audit planında audit olunmalı fəaliyyətlərin müəyyən olunmuş vaxt çərçivəsində yoxlamasını həyata keçirir və aşkarlanmış nöqsanların müvafiq meyarlara əsaslanaraq dərəcəsini təyin edir;
- Yoxlamaların həyata keçirilməsi zamanı audit rəylərini sənədləşdirir;
- Audit sahəsində beynəlxalq təcrübənin araşdırılması və agentliyin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verir;
- Özündən aşağı vəzifədə çalışan şöbə əməkdaşları tərəfindən hazırlanmış hesabat və arayışları nəzərdən keçirib rəy və təkliflər verir;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yeri: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.
Tələblər
- Təhsil: Ali (audit, hüquq və ya iqtisadiyyat ixtisasları üzrə);
- Təcrübə: Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 4 il;
- Kompüter bacarqları: Ofis proqramlarında işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dilini səlis və ingilis dilini orta səviyyədə bilməsi;
- “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununu bilməsi;
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu bilməsi;
- Beynəlxalq Mühasibat Uçotu Standartlarını bilməsi;
- Beynəlxalq Daxili Audit standartlarını bilməsi;
- Risklərin idarə edilməsi haqqında biliklərə malik olması;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı.
Auditor
Kommunal xidmətlər