Bakı,
Azərbaycan
12.12.24
-
12.01.25
İş haqqında məlumat
- Satış, Logistika, marketinq məlumatların təhlili;
- Datanın müxtəlif mənbələrdən toplanması və təmizlənməsi;
- Riyazi-statistik metodlardan, maşın öyrənməsindən və digər analitik üsullardan istifadə etməklə müxtəlif dataların təhlili və modelləşdirilməsi, datadan faydalı biliklərin əldə edilməsi;
- Təhlil nəticələrinin vizual təqdimatlarının yaradılması;
- Qərarların qəbul edilməsinə yardımçı olan təhlil nəticələrinin maraqlı tərəflərə effektiv şəkildə çatdırılması;
- Gələcək bazar hərəkətlərini, müştəri davranışlarını və ya potensial riskləri proqnozlaşdırmağa kömək edə biləcək tendensiyalar, nümunələr və anomaliyaları müəyyən etmək üçün tarixi məlumatların təhlili;
- Fərdiləşdirilmiş marketinq və satış strategiyaları üçün data əsasında gərəkli təhlillər və məhsullar üzrə tövsiyələrin verilməsi;
- Hesabatlılıq sisteminin qurulması;
- Marşrut, Ticarət nöqtələri, Satış Nümayəndəsi üzrə planlama-proqnozlama metodlarının hazırlanması və tətbiqi;
- KPI-lara nəzarət etmək və planlaşdırmaq;
- Hədəf göstəricilərdən kənarlaşmaların təhlili;
- Ticari kampaniyaların təhlili;
- Anbarda və çatdırılmada prosesləri optimallaşdırmaq;
- Proqram təminatında kommersiya şöbəsinə aid bazaların idarə edilməsi;
- İş qrafiki 08:00-dan 17:00-dək;
- 5 günlük iş rejimi;
- Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron poçt ünvanına, mövzu hissəsində vəzifənin adı “Data Analitika və proqram təminatı” qeyd olunmaqla, göndərə bilərlər;
- Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- 3-5 ildən data analitikası sahəsində təcrübə;
- Excel, Power BI və SQL daxil olmaqla proqram təminatı üzrə biliklər;
- Effektiv ünsiyyət bacarıqları və fikirlərinizi aydın şəkildə izah etmək bacarığı;
- Məlumatların təhlilinə planlı yanaşma və vaxtı səmərəli idarə etmək bacarığı;
- Ünsiyyət bacarıqları və digər komanda üzvləri ilə uğurla qarşılıqlı əlaqə qurmaq bacarığı;
- Təfərrüata diqqət və yüksək keyfiyyətli məlumat təhlilinə sadiqlik;
- Azərbaycan və rus dillərini bilmək.
İnformasiya texnologiyaları
Qida