Gazelli Group

Corporate sales manager (Korporativ satış meneceri)

Ə/h razılaşma ilə 48
Tam iş günü
Bakı, Azərbaycan
15.11.24 - 15.12.24

İş haqqında məlumat

  • Korporativ müştərilərlə uzunmüddətli əlaqələr qurmaq və iri miqyaslı müqavilələr bağlamaq bacarığı;
  • Aktiv satış texnikalarından istafadə etmə bacarığı və müştərilərlə müqavilənin imzalanmasından başlayaraq onun icrasına qədər prosesi idarə etmək bacarığı;
  • Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün strateji planlaşdırma və iş prosesinin təşkili üzrə bacarıqlara malik olmalı;
  • Səlis yazılı və şifahi nitq bacarığı, Power Point və digər alətlərdən istifadə etməklə prezentasiyaların ictimaiyyətə təqdim etmə bacarığı;
  • Müştəri qarşısında öhdəliklərin (istehsalat, logistika, maliyyə şöbələri) yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün şirkətin daxili şöbələri ilə qarşılıqlı əlaqə qurmaq bacarığı;
  • Mövcud müştərilər ilə əlaqələri qoruyub saxlamaq, mütəmadi olaraq onlarla ünsiyyətdə olmaq və müştəri məmnuniyyətini saxlanılması;
  • Mövcud bazarın və rəqiblərin araşdırılması, satışın artırılması imkanlarını müəyyən etmə bacarığı;
  • KPI-lara nail olmaq əzmi, uzunmüddətli nəticələr üçün motivasiyalı olmaq və şirkətin bazar payının artırılması;
  • Yeni potensial müştərilərin araşdırılması, onların əməkdaşlığa cəlb edilməsi və müştəri bazasının artırılması;
  • Məhsulların kanallar üzrə paylanmasına nəzarət etmək;
  • İllik büdcənin hazırlanması, təsdiqlənməsi və nəzarət edilməsi;
  • Qarşıya qoyulan hədəflərə yönəlmiş fəaliyyət göstərməsi;
  • Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması;
  • Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
  • Dinamik və peşəkar iş mühiti;
  • İnkişaf və karyera yüksəlişi imkanları;
  • Bonus sistemi: Uğurlu satışlar və performansa görə əlavə bonuslar;
  • İş rejimi: 5 günlük iş qrafiki 08.00-17.00;
  • Nahar təminatı, B2B/B2G görüşlərlə bağlı nəqliyyat və danışıq xərcləri qarşılanır;
  • Məzuniyyət: Qanunvericiliyə uyğun ödənişli məzuniyyət;
  • Ofis- Şüvəlan qəs., Almaz Yıldırım 4. 

Tələblər

  • Biznes, satış və ya əlaqədar sahə üzrə ali təhsil;
  • Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • Yüksək kommunikasiya və müzakirə aparma bacarığı;
  • Korporativ müştərilər ilə işləmə təcrübəsi və geniş bazar bilikləri;
  • Rus və ingilis (upper-Intermediate) dillərini bilmək üstünlükdür.


Oxşar vakansiyalar