MKT İstehsalat Kommersiya MMC
Ə/h razılaşma ilə
Tam iş günü
Neftçala, Azərbaycan
21.02.23 - 23.03.23

İş haqqında məlumat

  • Detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi;
  • Avadanlığın istismarı və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması;
  • Dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi;
  • Avadanlığın təmirdən sonra sınaqdan keçirilməsi, tənzimlənməsi və təhvil verilməsi;
  • Təmir edilən avadanlığın quraşdırılması və montajı üçün mexanizmlərin hazırlanması;
  • Ventilyator valının düzlüyünü, pərlərin vəziyyətini yoxlamaq və vala möhkəm bərkidilməsini təmin etmək;
  • Diyircəkli yastığın boşluğunun yoxlanılması, yağın dəyişilməsi, sıradan çıxmış, genişlənmiş vtulkaların dəyişilməsi;
  • Boru xəttinin sıradan çıxmış hissələrini, bucaqlarını yoxlayıb dəyişmək, birləşən hissələri ara qat ilə möhkəmləndirmək;
  • Xam pambıq şnekinə baxış, kronşteynlərin möhkəmliyi, diyircəkli yastıqların, reduktor və karita qapaqlarının möhkəmliyinə baxmaq;
  • Yastıqları yağlamaq, yoxlamaq və sıradan çıxanları dəyişmək;
  • Dişli ötürmələrə baxmaq, dişləri təmizləmək və sıradan çıxan varsa dəyişmək və yağlamaq;
  • İstilik generatorlarının işlək vəziyyətdə olmasını yoxlamaq;
  • Barabanı fırladan reduktorun dişlərini yoxlamaq, sıradan çıxanlarını dəyişmək və yağlamaq;
  • Təmir edilən avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini, təmir, quraşdırma və montaj metodlarını, təmir edilmiş avadanlığın dəqiqliyinin yoxlanması və təcrübədən keçirilməsi;

Tələblər

  • Detal və hissələrin bərpa üsullarını, avadanlığın işləyən hissələri, detalları üçün yol verilən yükləri, sınma və qəzaların qarşısının alınması üzrə profilaktik tədbirləri, təcrübədən keçməsi və təhvil verilməsinin texniki şərtlərini bilməli;
  • Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli;
  • Məsuliyyətli olmalı.
  • Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] göndərə bilərsiniz.


Elanın müddəti bitmişdir