Pizza Mizza

Çağrı mərkəzinin təmsilçisi

600 - 1000 ₼ 177
Tam iş günü
Bakı, Azərbaycan
05.06.24 - 05.07.24

İş haqqında məlumat

  • Danışıq etikasına əsasən, daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
  • Müştəri ehtiyaclarını anlamaq və müvafiq məhsul və xidmətləri təklif etmək;
  • Zəruri olduğu halda zəng vasitəsilə sorğuların icra olunması;
  • Zəng və onlayn sayt üzərindən sifarişlərin qəbul edilməsi və yönləndirilməsi;
  • Müştərilərdən daxil olan təklif və şikayətlərin qəbul edilib, müvafiq şöbəyə yönləndirilməsi;
  • Çağrı mərkəzi vasitəsilə satışları həyata keçirmək;
  • Sifarişlərin vaxtında və düzgün yerinə yetirilməsini təmin etmək;
  • Satış texnikalarını istifadə etmək və satış hədəflərinə çatmaq;
  • Müştərilərə məhsul/endirim/aksiya/yeni açılmış filiallar barədə dəqiq və ətraflı məlumatın təqdim edilməsi;
  • Mövcud müştərilərlə əlaqələri gücləndirmək və uzunmüddətli müştəri loyallığını təmin etmək;
  • Tələb olunan hesabatların tərtib olunması;
  • Müştəri məmnuniyyətini təmin etmək üçün yüksək səviyyəli müştəri xidməti göstərmək;
  • Mehriban və dinamik komandada iş;
  • Karyera inkişafı imkanı;
  • Əlavə iş saatı ödənilir;
  • Nahar pulu;
  • İş qrafiki: 6 günlük.

Tələblər

  • Yaş: 18-35;
  • Təcrübə: Müvafiq sahədə minimum 1 il təcrübə arzuolunandır;
  • Dil bilikləri: Mütləq səlis Azərbaycan dili və İngilis və ya Rus dili səlis danışıq arzuolunandır;
  • Kompüter bacarıqları: MS Word və Excel ilə işləmək bacarığı;
  • Satış etmək bacarığı olmalıdır;
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları və müştəri yönümlü yanaşma;
  • Satış hədəflərinə çatmaq üçün effektiv satış texnikalarına malik olmaq;
  • Komandada işləmək bacarığı;
  • Problem həll etmə və konflikt idarəetmə bacarıqları;
  • Cəld, punktual, məsuliyyətli, detallara diqqətli.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar