Bakı,
Azərbaycan
31.10.23
-
30.11.23
İş haqqında məlumat
- Qaynar xəttə gələn zəngləri cavablandırmaq və daxili sistemdə qeydiyyatını aparmaq;
- Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
- Daxil olan bütün müştəri sorğuları ilə işləmə, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğuları üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
- Müştərilər üçün satış əməliyyatlarını tamamlamaq;
- Sifarişin qəbul edilməsi və icrası ilə bağlı məlumatların sistemdə qeydə alınması;
- İş qrafiki: 6 günlük;
- İş saatı: Növbəli;
- İş yeri: Zərifə Əliyeva 55.
Tələblər
- Yaş: 25-40;
- Təhsil: Ali;
- Təcrübə: 1-3 il satış sahəsində mütləqdir;
- Dil bilikləri: Azərbaycan dili səlis, rus dili arzuolunandır;
- Kompüter bacarıqları: Ofis proqramı bilikləri MS Word, MS Excel;
- Aydın və dəqiq danışıq qabiliyyəti;
- Komputerdə çevik işləmə qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Xoş səs tonu;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Stresə davamlılıq;
- Emosiyalarını idarə etmə bacarığı;
- Kollektivdə komanda ilə işləmə bacarığı.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər.
Satış
Operator
Logistika