Bakı,
Azərbaycan
21.07.23
-
20.08.23
İş haqqında məlumat
- Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
- Gün ərzində çağrı mərkəzinə daxil olan zənglərin cavablandırılması;
- Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə ən uyğun formada bildirilməsi;
- Şirkətin cari satış kampaniyaları, məhsulları və s. haqqında müştərilərə ətraflı məlumat verilməsi;
- Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı müvafiq şöbəyə məlumatı ötürmək;
- Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması;
- Müvafiq telefon zənglərinin şöbələrə və aidiyyati şəxslərə yönəldilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00;
- İstirahət: Şənbə və bazar günləri.
Tələblər
- Yaş: 20-30;
- Təshil: Ali (humanitar sahələr üzrə);
- Təcrübə: Müvafiq sahədə iş təcrübəsi arzuolunandır (call center, satış və müştəri xidmətləri sahəsində olanlara üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilməli;
- Kompüter bacarıqları: MS Office (Microsoft Word, Excel, Outlook) proqramlarından və internet resurslarından sərbəst isifadə bacarıqları;
- Aydın və səlis nitq bacarığı;
- Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti;
- Səbrli və məsuliyyətli;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- İşə planlı yanaşmaq bacarığı;
- Yüksək dinləmə, ünsiyyət və izahetmə qabiliyyəti;
- Nitq mədəniyyəti;
- Səlis və aydın danışıq tərzi;
- Təmkinlilik, etibarlılıq, özünəinam;
- Səliqəli, çevik, operativ çalısan, bacarıqlı.
Müştəri xidmətləri
Tikinti və təmir