My Group Holding

Çağrı mərkəzi operatoru

Ə/h razılaşma ilə 411
Tam iş günü
Bakı, Azərbaycan
26.12.24 - 26.01.25

İş haqqında məlumat

  • Müştərilərdən daxil olan zənglərə cavab verərək, məhsullar, xidmətlər və texniki problemlər barədə məlumat vermək;
  • Elektronika məhsulları və texniki avadanlıqlar haqqında məlumat verərək müştəriyə uyğun təkliflər hazırlamaq və satış hədəflərinə çatmaq;
  • Müştərilərə məhsulun istifadəsi ilə bağlı texniki dəstək vermək, nasazlıqlar və ya əməliyyat problemləri ilə bağlı həll yolları təqdim etmək;
  • Müştərilərin şikayət və problemlərini diqqətlə dinləyib, onları müvafiq şöbələrə yönləndirmək və həllin təmin olunmasına kömək etmək;
  • Çağrı mərkəzinin müvafiq bazasında müştəri məlumatlarının düzgün və tam olmasına diqqət yetirmək, məlumatların təzələnməsini təmin etmək;
  • Müəyyən edilmiş satış və xidmət hədəflərinə çatmaq üçün effektiv şəkildə çalışmaq, müştəri ehtiyyaclarını müəyyən etmək və düzgün məhsul və ya xidmət təqdim etmək;
  • Müştəri məmnuniyyətini təmin etmək məqsədilə müştəri ilə düzgün, səmimi və dostyana ünsiyyət qurmaq;
  • Yeni məhsul və xidmətlər haqqında biliklərin mütəmadi olaraq yenilənməsi və müştərilərə ən doğru məlumatın verilməsi;
  • İş saatları: Çağrı mərkəzinin fəaliyyət saatlarına uyğun olaraq 5 günlük iş qrafiki ilə növbəli iş rejimi;
  • İş yeri: Çinar Plaza, H.Əliyev pr.152.

Tələblər

  • Təhsil: Minimum orta ixtisas və ya ali təhsil (elektronika və ya satış sahəsində üstünlük verilir);
  • Təcrübə: Çağrı mərkəzində və ya müştəri xidməti sahəsində iş təcrübəsi arzuolunandır;
  • Dil bacarıqları: Azərbaycan və Rus dili - əsas; İngilis dilləri arzuolunandır;
  • Microsoft Office və digər müvafiq proqramlardan istifadə bacarığı;
    • Yüksək ünsiyyət bacarıqları;
    • Problem həll etmə qabiliyyəti;
    • Müştəri məmnuniyyətini təmin etmə bacarığı;
    • Müvafiq texniki biliklər və məhsullar barədə məlumat;
    • Satış və xidmət göstərmə bacarıqları;
    • Komanda ilə işləmək və müstəqil işləmə qabiliyyəti.

Oxşar vakansiyalar