Gədəbəy Mineral Sular

Çağrı mərkəzi operatoru

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
12.03.24 - 11.04.24

İş haqqında məlumat

  • Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması;
  • Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə ən uyğun formada bildirilməsi;
  • Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda (gecikmə, çatışmazlıq və s.) müştəriyə dərhal məlumatın verilməsi;
  • Mövcud müştərilərin daimi diqqətdə saxlanılması, onlara vaxtaşırı zənglərin edilməsi yaranan problemlərin aradan qaldırılması üçün müvafiq bölmələrin məlumatlandırılması;
  • Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı gedişatların sistemdə işlənilməsi.

Tələblər

  • Təcrübə: 1 ildən çox olmalı;
  • Dil bilikləri: Azərbaycan dilində, Rus dilində səlis danışıq qabiliyyət;
  • Gülərüz, ünsiyyətcil olmalı;
  • Stressə dözümlü olmalı;
  • Müştərilərlə mehriban davranmalı;
  • Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirməli;
  • Özünə güvənən gənclər buyurub müraciət edə bilər.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar