METAK

Büdcələmə və xərclərə nəzarət üzrə şöbə rəhbəri

Ə/h razılaşma ilə 99
Tam iş günü
Bakı, Azərbaycan
15.11.24 - 15.12.24

İş haqqında məlumat

  • Şirkətin illik büdcəsinin hazırlanmasına rəhbərliyin edilməsi, məlumatların toplanması və təşkilati məqsədlərə uyğunluğunun təmin edilməsi üçün müxtəlif şöbələrlə əlaqələrin təmin edilməsi;
  • Departamentlər arasında ardıcıllığı və dəqiqliyi təmin edərək büdcə təlimatlarının hazırlanması;
  • Departamentlərin öz maliyyə məhdudiyyətləri daxilində qalmasını təmin edərək, faktiki xərcləri büdcə ilə müqayisə edilməsi;
  • Fərqləri və əsas tendensiyaları vurğulayaraq yüksək rəhbərlik üçün müntəzəm büdcə performansı hesabatlarının hazırlanması;
  • Boşluqları və xərclərin azaldıla biləcəyi və ya optimallaşdırıla biləcəyi sahələri müəyyən edərək, təşkilat daxilində xərclərin davamlı olaraq izlənilməs;.
  • Keyfiyyətə və ya əməliyyat səmərəliliyinə xələl gətirmədən maliyyə göstəricilərini yaxşılaşdırmaq üçün xərclərə nəzarət tədbirlərinin həyata keçirilməsi;
  • Büdcə və xərclərin şirkət siyasətlərinə və tənzimləyici tələblərə uyğun olmasını təmin etmək üçün daxili nəzarət sistemini hazırlanması və tətbiq edilməsi;
  • Məhsul və xidmətlərin maya dəyərinin effektiv idarə olunması üçün metod və prosedurların hazırlanması və tətbiqi, xərclərin təhlili və optimallaşdırma imkanlarının müəyyən edilməsi;
  • Məhsul, xidmət və layihələrin marjinallığının müntəzəm təhlili, marjinallığa təsir edən amillərin aşkar edilməsi və marjinallığın artırılması üçün rəhbərliyə müvafiq tövsiyələrin verilməsi;
  • Xərclərin təhlili və hədəf marjinallığı əsasında rəqabətqabiliyyətliliyi və mənfəətliliyi təmin etmək məqsədilə qiymət strategiyasının hazırlanmasında iştirak edilməsi;
  • Ümumi mənfəət, əməliyyat marjası və digər əsas maliyyə göstəricilərinin monitorinqi və təhlil edilməsi. Biznes mühitində baş verən dəyişikliklərə operativ reaksiya vermə;
  • Rüblük, yarımillik və illik maliyyə hesabatlarının hazırlanması və İdarə Heyətinin iclasında təqdim edilməsi;
  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Müraciət etmək üçün bura klik edin.

Tələblər

  • Maliyyə, Mühasibat, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi. MBA və ya müvafiq sertifikatlar (məsələn,ACCA, CPA, CMA, CFA) mövcudluğu
  • Büdcə tərtibi, maliyyə menecmenti və xərclərə nəzarət sahəsində 5 il iş təcrübəsi, rəhbər vəzifəsində ən azı 3il təcrübə;
  • İstehsalat və ya sənaye sayəsində təcrübə;
  • Maliyyə modelləşdirmə, proqnozlaşdırma və təhlili yaxşı başa düşmək;
  • Korporativ mühitdə strateji planların hazırlanması və həyata keçirilməsində təcrübə;
  • Liderlik və komanda idarəetmə, komandanı ruhlandırmaq və həvəsləndirmək bacarığı;
  • Əla ünsiyyət və təqdimat bacarıqları və qeyri-maliyyə maraqlı tərəflərə mürəkkəb maliyyə məlumatlarını çatdırmaq bacarığı;
  • Dil bilikləri: Azərbaycan və İngilis dilləri (Rus dili arzuolunandır);
  • Maliyyə proqramları və Microsoft Office paketi (xüsusilə Excel və PowerPoint) üzrə qabaqcıl biliklər;
  • Maliyyə və Layihə idarəetməsi üzrə sertifikatlar arzu olunandır.

Oxşar vakansiyalar