Kəlbəcər,
Azərbaycan
23.01.25
-
23.02.25
İş haqqında məlumat
- Briqada üzvlərinin əmək və istehsalat intizamına, təhlükəsizlik texnikası təlimatlarına riayət etmələrinə nəzarət etmək;
- Daima işə başlamazdan əvvəl iş yerlərinin vəziyyətini, təhlükəsizlik qaydalarının tələblərinə uyğun olmasını, avadanlığın, alətlərin, çəpərlərin, keçidlərin, pilləkənlərin və başqa hündürdə işləmək üçün lazım olan vasitələrin işə yararlığını və sazlığını yoxlamaq;
- Görüləcək işlərin xüsusiyyətindən asılı olaraq işçiləri sahələrdə yerləşdirib, onlara görəcəkləri işin ardıcıllığı haqqında izahat vermək;
- Yeni işə qəbul olmuş fəhlələri təhlükəsiz işləməyə, mühafizə və xilasedici vasitələrdən istifadə etmə qaydalarına öyrətmək;
- Tikinti sahəsi ərazisinin təmizliyinə nəzarət etmək, sahədən çıxan tullantıların çeşidlənərək xüsusi ayrılmış yerlərə daşınmasını təmin etmək;
- Tikinti materiallardan düzgün və qənaətlə istifadə olunmasına nəzarət etmək, sərfiyyatın minimum səviyyəyə endirilməsi üçün tədbirlər həyata keçirmək;
- İş vaxtı: Həftə içi 6 gün;
- İş Yeri: Kəlbəcər.
Tələblər
- Müvafiq sahə üzrə 2 ildən artıq təcrübəyə üstünlük verilir;
- Planlaşdırma, təşəbbüskarlıq, problem həlletmə, stressə davamlı;
- Vakansiya ilə maraqlanan namizədlər CV-lərini müraciət etdiyi vəzifənin adını qeyd etməklə e-mail ünvanına göndərə bilər.
İnzibati, Biznes, İdarəetmə
Tikinti və təmir