Bakı,
Azərbaycan
06.11.23
-
06.12.23
İş haqqında məlumat
- Sabit biznes üçün brend və marketinq kommunikasiya strategiyalarının (MarCom) hazırlanması və idarə edilməsi;
- Məhsul və xidmətlər bölməsi ilə razılaşdırılmış şəkildə MarCom (brend, rəqəmsal, ATL, BTL və məhdudlaşdırılmamış) fəaliyyətlərinin inzibati idarəçiliyi;
- Həyata keçirilən hər bir layihə üzrə marketinq cədvəllərinin və gedişata dair hesabatların hazırlanması və saxlanılması;
- Büdcə planlaşdırılması və investisiyaların/xərclərin idarə edilməsi;
- Fərziyyələrin irəli sürülməsi və yeni ideyaların hazırlanmasında iştirak;
- Yerli və beynəlxalq sabit biznes bazarlarında Marcom tendensiyalarının monitorinqi;
- Brendin kommunikasiya strategiyasının hazırlanması və həyata keçirilməsi, məhsul və xidmətlərin yol xəritəsinə uyğun olaraq müvafiq planların, kampaniyaların və tədbirlərin hazırlanması və yerinə yetirilməsi;
- Brendin müsbət imicini qoruyub saxlamaqla və artırmaqla onun bazardakı mövqeyinin möhkəmləndirilməsi;
- Xarici agentliklər üçün istiqamətlərin müəyyən edilməsi və müəyyən layihə çərçivəsində işin düzgün əlaqələndirilməsi üçün yaradıcı xülasənin (creative brief) hazırlanmasına nəzarət;
- Təsdiq edilmiş büdcə və müddət çərçivəsində müxtəlif miqyaslı ATL və BTL kampaniyalarının hazırlanması, həyata keçirilməsi, idarə edilməsi və uğurla reallaşdırılması;
- Bütün kommunikasiya materialları üçün məlumatların düzgünlüyünə görə məsuliyyət daşımaq;
- Maksimum nəticələr əldə etmək üçün təchizatçılarla, tədarükçülərlə gündəlik əlaqələrin qurulması;
- Bir neçə kommunikasiya kanalı üçün 3 dildə (AZ, RU, EN) məhsul haqqında müvafiq və düzgün mesajlar hazırlamaq: SMS göndərmə, veb-sayt və s. ;
- Müəyyən bir layihə çərçivəsində agentliklər üçün istiqamətləri müəyyənləşdirmək üçün aydın yaradıcı xülasə hazırlamaq.
Tələblər
- Təhsil: Ali (tele-kommuniasiya, idarəetmə, biznes, iqtisadiyyat, maliyyə və ya tədqiqat üzrə əlaqədar sahələr);
- Təcrübə: Aidiyyatı üzrə idarəetmə mövqeyində ən azı 3 il;
- Dil bilikləri: Azərbaycan dili və ingilis dili sərbəst (danışıq və yazı, biznes ünsiyyət dilli mütləqdir), rus dili üstünlükdür;
- Kompüter bacarıqları: MS Office proqramlarını (Outlook, Word, Power Point, Excel, Visio,) mütləq şəkildə bilmək;
- Yüksək səviyyədə Korporativ Mədəniyyət və Korporativ Etika barədə məlumatlılıq;
- Təzyiq altında işləmək bacarığı və prioritetlərin ortaya qoyulması qabiliyyəti;
- Peşəkarlıq, güclü interpersonal bacarıqlar və əməkdaşlıq;
- İşlərin sıralanması, eyni anda bir neçə işin görülməsi və komandaların gündəlik, aylıq və illik ƏFG-lərinə əməl edilməsi;
- Yaxşı analitik, problemlərin həll edilməsi və axtarış bacarıqlarının olması;
- Bütövlük;
- Müştəri yönümlü;
- Komanda işi və əməkdaşlıq;
- Nəticə yönümlü;
- Davamlı təkmilləşmə.
Marketinq
Logistika