Aztelekom

Brend və reklam sektorunun müdiri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
17.04.24 - 17.05.24

İş haqqında məlumat

  • Uzun və qısa müddətli strategiyaların formalaşdırılması;
  • Brend tanıtımlığı üçün uyğun strategiya və qaydaların yaradılması və icrası;
  • Marka aktivliyi, road map planlarının hazırlanması və icrası;
  • İllik marketinq büdcəsinin hazırlanması və büdcəyə nəzarət edilməsi;
  • Şirkət üçün yeni marketinq imkanlarının, kanallarının müəyyənləşdirilməsi və reklam təşəbbüslərinin həyata keçirilməsi;
  • Yeni məhsul buraxılışı üzrə kommunikasiyanın idarə edilməsi;
  • Kommunikasiya materiallarının tələb olunan zamanda yaradılıb təqdim edilməsinin idarə edilməsi;
  • Brend strategiyasına uyğun kommunikasiya kanallarının aktivləşdirilməsi və təqdim olunan məlumatın aktuallığının, ardıcıllığının təmin edilməsi;
  • Kampaniyaların effektivliyinin ölçülməsi və hədəflərin təyin edilməsi;
  • Satışın artırılması üçün komandaya dəstək və uyğun rəqəmsal strategiyaların qurulması, satışların artırılması üzrə aktivliklərin idarə edilməsi;
  • Brendə məxsus kommunikasiya kanallarının (rəqəmsal, OOH və digər) idarə edilməsi;
  • Məlumatların brend qaydalarına uyğun olmasının və hər yerdə eyni üslubda təqdim olunmasının idarə edilməsi;
  • İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq edilməsi;
  • Komandanın idarə edilməsi;
  • Daxili tərəfdaşlar, rəhbərlik üçün marketinq təqdimatlarının hazırlanması;
  • Daxili sorğu göndərən bölmələrin lazımi dizayn və digər materiallarla təmin edilməsi.

Tələblər

  • Təcrübə: Brend və ya reklam işi sahəsində ən azı 4 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur);
  • Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilməlidir (rus dilini bilməsi arzu olunandır);
  • Kompüter bacarıqları: MS Office (Word, Excel, Powerpoint, Outlook) proqramları üzrə biliklər;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Komanda işi;
  • Analitik düşüncə və qərar vermə bacarığı;
  • Planlaşdırma və təşkilatçılıq bacarığı;
  • Vaxtın düzgün idarə olunması bacarığı;
  • Eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirmə qabiliyyəti;
  • Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə (məsələn, Trello);
  • Böyük müştəri bazası ilə işləmə bacarığı;
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
  • Təşəbbüskarlıq və yaradıcılıq;
  • Yeni trendlərdən xəbərdar olmaq;
  • Rəqəmsal reklamların idarə edilməsi üçün sahə üzrə biliklər.


Oxşar vakansiyalar