Bakı,
Azərbaycan
10.10.24
-
10.11.24
İş haqqında məlumat
- Satış hədəflərinə çatmaq məqsədi ilə illik marketinq strategiyasının hazırlanması və idarə edilməsi, marketinq xərclərinin aylıq nəzarəti və hesabatının aparılması;
- Komanda və agentliklərlə birlikdə satış planlarının yerinə yetirilməsinə, müştəri məmnuniyyətinə yönəlmiş reklam fəaliyyətinin, kreativ konsepsiyaların, xüsusi tədbirlər planının, media planın hazırlanması, təsdiqi və həyata keçirilməsi;
- Avtomobil bazarının düzgün təhlil və monitorinqi, rəqiblərin marketinq fəaliyyətinin izlənilməsi və s.
- Müştəri davranışların təhlili;
- Müştəri loyallığın ölçülməsi və artırılması üzrə tədbirlər planın hazırlanması və həyata keçirilməsi;
- Həyata keçirilmiş kommunikasiyaların effektivliyinin təhlili, şirkət rəhbərliyi və qlobal ofis üçün aylıq/rüblük hesabatların təqdim edilməsi;
- Diler Mərkəzlərinin vizual tərtibatının AR qanunları və istehsalçı şirkətlərin standartlarına əsasən təşkil edir.
Məsuliyyətlər
+
Tələblər
- Ali təhsil (İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə);
- Analoji vəzifədə ən azı 3 (üç) il iş təcrübəsi;
- MS office proqramlarını yüksək səviyyədə bilməli;
- Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilməli;
- Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalı;
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı;
- Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı.
Marketinq
Peşəkar xidmətlər
Elanın müddəti bitmişdir