Azersun Holding

Brend üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
24.05.24 - 23.06.24

İş haqqında məlumat

  • Marka imicinin idarə edilməsi və təkmilləşdirilməsi  üçün yeni brend kampaniyalarının başlanması və inkişaf etdirilməsi;
  • Yaradıcı agentliyə  marka ünsiyyət dilinə uyğun brief verilməsi və prosesin idarə edilməsi;
  • Marka kampaniyaları ilə bağlı hesabatların hazırlanması;
  • Reklam material dizaynlarının hazırlanması üçün agentliklərin məlumatlandırılması, müvafiq proqramı vasitəsi ilə kod açılması və sifariş tələbinin formalaşdırılması və marketlərdə yerləşdirilməsinin təmin edilməsi;
  • Görülmüş xidmətlər qarşılığında agentlik ödəniş sənədlərinin qəbul edilməsi, ödəniş tələbinin açılması və ödənilməsinin təqib edilməsi;
  • Yeni məhsul üçün şirkət daxili müvafiq proqramında etiket və məhsul tələblərinin açılması;
  • Mütəmadi olaraq satış analizlərinin  hesabatlarının verilməsi və analiz  nəticələrinə uyğun həll yönümlü təkliflərin verilməsi;
  • Tv, rəqəmsal və digər reklam məcralarında verilmiş reklamların izlənilməsi və effektivliyin artırılması üçün təkliflər verilməsi;
  • Agentlik tərəfindən göndərilən aylıq rəqəmsal post və media plana fikir bildirməsi;
  • Anbar qalıqlarının izlənilməsi, dövretməsi zəif olan  məhsullarla ilgili önləm alınması üçün satış və ticari  marketing komandasının məlumatlandırılması;
  • Yeni məhsulun ideyasından başlayaraq bazara təqdim edilməsinə qədər olan prosesdə lazımı adamlarla əlaqədə olmaq və məhsulun zamanında bazara təqdim edilməsini təmin etmək;
  • Rəqabətcil məhsul qiymət strategiyalarının hazırlanması;
  • Kateqoriya, marka və kanal strategiyalarının hazırlanması;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Təhsil: Marketinq və ya əlaqəli sahədə ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, MBA ixsisasları üstünlükdür);
  • Təcrübə: Marketinq üzrə 2-3 il minimum iş təcrübəsi (Qida və qeyri qida istehsalatı təcrübəsi mütləqdir);
  • Dil bilikləri: İngilis dili və ya Rus dili biliyi arzu olunandır (hər ikisi üstünlükdür);
  • Kompüter bacarıqları: MS Office proqramlarında hesabat və təqdimatların hazırlanmasını bilməli;
  • Yaradıcı, innovativ və strateji  düşünmə bacarığı;
  • Komandada işləmə, mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • Ezamiyyətə gedə bilməli.


Oxşar vakansiyalar