Vest Produkt Marketinq MMC
1200 ₼
Tam iş günü
Bakı, Azərbaycan
07.09.23 - 07.10.23

İş haqqında məlumat

  • Brendin mövcud və potensial bazarının təhlil edilməsi, onun istehlakçı seqmentlərinin və marketinq strategiyasının müəyyənləşdirilməsi;
  • Brendin strategiyasının inkişafı üçün planların hazırlanması;
  • Brendin mövqeylənməsinə uyğun olaraq bazarda satışını təşfiq edəcək ideyaların təklif edilməsi;
  • İstehlakçıların davranışlarının izlənilməsi, yeni istehlakçıların yaradılması istiqamətində təkliflər hazırlanılması;
  • Brendi inkişaf etdirməklə bağlı marketinq və reklam kampaniyalarının, sərgi, təqdimat, promo, PR və digər aksiyaların hazırlaması, həyata keçirilməsi;
  • Rəqəmsal marketinq komandası ilə brendlə bağlı bərabər işləmək, tapşırıqların verilməsi və icrasına nəzarət etmək;
  • Həyata keçirdiyi işlərlə bağlı aylıq hesabatların verilməsi;
  • Nahar şirkət tərəfindən qarşılanır;
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan dili biliyi əla səviyyədə (Rus və ingilis dili arzuolunandır);
  • Yaradıcı, yenilikçi, məsuliyyətli və analitik düşünmə qabiliyyəti;
  • Şəxsi avtomobil olması mütləqdir.


Oxşar vakansiyalar