Italdizain Group

Brend menecer

Ə/h razılaşma ilə 155
Tam iş günü
Bakı, Azərbaycan
09.08.24 - 08.09.24

İş haqqında məlumat

  • Bir il ərzində biznes plan çərçivəsində brendlərin inkişaf, böyümə və irəliləyiş strategiyasının hazırlanması və onun həyata keçirilməsi (Media, rəqəmsal, VM, CRM, tədbirlər, vebsayt, ticarət marketinqi və s.);
  • Alış, satış və balanslar üzrə brendlərin büdcə planlaması (BU və LE);
  • Bazarın və rəqabət mühitinin daimi təhlili;
  • Yeni butiklərin/mağazaların açılması prosesində iştirak (kateqorik təhlil, assortiment, VM və s.);
  • Brendlər üçün satış nöqtələrinin, brendin təmsil olunacağı yerin müəyyən edilməsi, satış nöqtəsində brendin təmsil olunmasının dayandırılması qərarında iştirak, zəruri hallarda yeni brendlərin axtarışı;
  • Brendlərin qiymətlərinin hazırlanması, məhsulun maya dəyərinin optimallaşdırılması və marjinallığa nəzarət;
  • Brendlərin qlobal fəaliyyətinin daimi monitorinqi və Azərbaycanda uğurlu təcrübələrin istifadə olunması;
  • Təchizatçılara/brendə ödənişlərə nəzarət;
  • Brend təmsilçilərinin ziyarətlərinin təşkili;
  • Brendlərin sərgi və təlimlərində iştirak;
  • Bir il ərzində hər bir brend və hər bir məhsul növü üzrə çeşid matrisasının (əsas çeşid) hazırlanmasında iştirak (yeniliklər, əsas, spesifik, promo, yavaş satılanları və s. vurğulamaq);
  • Brend/butik üzrə media təqviminin yaradılması və müntəzəm doldurulması;
  • Ticarət marketinq fəaliyyətlərinin təklif edilməsi və təşkili;
  • PR və Kommunikasiya şöbəsi ilə müntəzəm qarşılıqlı əlaqə və onların marketinq planının həyata keçirilməsi, brendlərin dəstəklənməsi və inkişafı çərçivəsində məqsədlərin müəyyən edilməsi;
  • Pərakəndə satış komandası üçün brend, məhsul və merçandayzinq üzrə ticarət təlimlərinin planlaşdırılması, hazırlanması, təşkili və keçirilməsi, brendləriniz üçün təlim təqviminin yaradılması;
  • Butik daxilində kateqoriyalı təhlillərin aparılması və brendlərin planoqramlarının işlənib hazırlanması;
  • Satış nöqtələrində merçandayzinq üzrə brend tərəfindən müəyyən edilmiş qaydaların tətbiqi və nəzarəti, brendlər üçün VM qaydlaynlarının təmin edilməsi və VM təqviminin yaradılması;
  • Brend/butikiniz çərçivəsində Pərakəndə satış şöbəsi ilə müntəzəm qarşılıqlı əlaqə, marketinq və ticarət fəaliyyətləri, tədbirlər və layihələr, motivasiyalar, yeni məhsullar və s. üzrə məlumatların təqdim olunmasına nəzarət;
  • Tərəfdaşlarla görüşlər, sərgilər və işgüzar səfərlər üçün Biznes icmalın hazırlanması;
  • Tam analitika daxil olmaqla yeni brendlər üçün Biznes planların hazırlanması.

Tələblər

  • İqtisadiyyat, marketinq və ya reklam sahəsində ali təhsil (MBA arzuolunandır);
  • Pərakəndə satış sahəsində təcrübə;
  • Marketinq alətləri və texnologiyaları haqda biliklər, merçandayzinq alətləri və üsullarını başa düşmək;
  • Hədəf auditoriyasının müəyyən edilməsi və effektiv brend inkişaf strategiyalarının hazırlanması təcrübəsi, o cümlədən reklam kampaniyaları və promo aksiyalar vasitəsilə;
  • Ticarət marketinqi sahəsində biliklər;
  • Marketinq və reklam trend və tendensiyalarını anlamaq;
  • Rəqəmlər və məlumatlarla işləmək, onları sistemləşdirmək və təhlil etmək bacarığı;
  • Danışıqlar daxil olmaqla yüksək səviyyədə ünsiyyət bacarıqları;
  • Təqdimat bacarıqları;
  • Azərbaycan, və rus dillərini səlis bilmək, ingilis dilini orta səviyyədən yuxarı olmalıdır;
  • Stabil iş;
  • AR Əmək Məcəlləsinə uyğun qeydiyyat;
  • Tibbi sığorta;
  • Əmək haqqı razılaşma yolu ilə.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar