Bakı,
Azərbaycan
03.03.25
-
03.04.25
İş haqqında məlumat
- Şirkətin ümumi marketinq strategiyasına uyğun olaraq brend aktivasiyaların planlarını hazırlamaq və həyata keçirmək;
- Brendin bazardakı mövqeyini gücləndirmək üçün yaradıcı kampaniyalar və tədbirlər təşkil etmək;
- Brendin tanıtımı məqsədilə promo aksiyalar, tədbirlər və digər aktivasiyaların fəaliyyətlərini planlaşdırmaq və icra etmək;
- Kampaniyaların keçirildiyi məkanların seçimi və təşkilati məsələləri nəzarətdə saxlamaq;
- Tədbirlərin və aksiyaların effektivliyini ölçmək və nəticələr əsasında təkmilləşdirmə təklifləri vermək;
- Brendin bazardakı mövqeyini izləmək və rəqiblərlə müqayisəli analizlər aparmaq;
- Müştəri davranışlarını və bazar trendlərini araşdıraraq, aktivasiya strategiyalarını optimallaşdırmaq;
- Kreativ və satış komandaları ilə sıx əməkdaşlıq edərək brendin mesajlarını düzgün çatdırmaq;
- Tədarükçülər, tədbir təşkilatçıları və media nümayəndələri ilə əlaqələr qurmaq və əməkdaşlıqları idarə etmək;
- Brend aktivasiyalar üzrə həyata keçirilən tədbirlərin və aksiyaların effektivliyini ölçmək üçün əsas göstəriciləri izləmək.
Tələblər
- Brend aktivasiya və ya sahə marketinqi üzrə 2-4 il iş təcrübəsi;
- Ali təhsil (Marketinq ixtisası üzrə bakalavr dərəcəsi);
- Dil bilikləri: İngilis və Rus dili (Əla);
- Marketinq, brend menecment və brend aktivasiya sahəsində dərin biliklər;
- Alkoqol sənayesi və spirtli içkilər üzrə biliklər;
- Layihələrin idarə olunması və komanda ilə effektiv əməkdaşlıq;
- Danışıqlar aparmaq və tərəfdaşlarla uğurlu əməkdaşlıq qurmaq bacarığı;
- Tədbirlərin planlaşdırılması, təşkili və icra edilməsi.
Brend menecer
Ticarət