Bakı,
Azərbaycan
14.03.23
-
13.04.23
İş haqqında məlumat
- Şöbədə elmi-tədqiqat işinin yerinə yetirilməsində iştirak edilməsi;
- Geoloji modelin qurulması;
- Ekspertiza zamanı təklif və iradların nəzərə alınaraq modelin yenilənməsi;
- Qeyri-müəyyənliklərin və risklərin analizi;
- Seysmik məlumatların interpretasiyası və atribut analizləri prosində iştirak edilməsi;
- 2D və ya 3D seysmik məlumatların əldə olunması, onların daxili;
- Vəzifə öhdəlikləri fayllarındakı başlıqlarının yoxlanılması, sətrlərdəki məlumatların sırasının öyrənilməsi, ölçü sisteminin təyin olunması;
- 2D və ya 3D formatlı məlumatların zaman və ya dərinlik miqyasında proqram təminatının yükləmə mərhələlərini izləməklə yüklənməsi, ölçü sisteminin saxlanılması və ya konvertasiya olunması;
- Quyu koordinatları, altituda, inklinometriya, tavan və daban dərinlikləri, vertikan seysmik profilləmə (VSP), akustik karotaj (AK), horizontlar və ya intervallar üzrə orta sürətlər və ya sürət modeli məlumatlarının yüklənməsi;
- Sürət modelinin qurulması;
- Karotaj diaqramlarının analizi və interpretasiyasında iştirak edilməsi;
- Karotaj diaqramlarının analizi və interpretasiya olunması;
- Struktur modelin qurulmasında iştirak edilməsi;
- Struktur modelin qurulması;
- Quyu və seysmik interpretasiya məlumatlarının daxil edilməsi;
- İzoxor xəritələrin qurulması;
- Qırılma modelinin qurulması (quyu və seysmik məlumatlar əsasında);
- Qırılmaların tipinin və amplitudasının müəyyənləşdirilməsi;
- İlkin balans ehtiyatının qiymәtlәndirilmәsində iştirak edilməsi;
- Struktur model əsasında geoloji qridin qurulması;
- Quyu məlumatlarının geoloji qridə ortalaşdırma üsulu ilə köçürülməsi;
- Quyu və seysmik məlumatlar əsasında 1D, 2D və 3D geoloji trendlərin hazırlanması;
- Varioqram analizlərin aparılması;
- Çöküntütoplanma konsepti əsasında fasial modelin qurulması;
- Petrofiziki modelin qurulması;
- İlkin balans ehtiyatların hesablanması;
- Hidrodinamiki modelin qurulmasında iştirak edilməsi;
- Statik məlumatlara düzəlişlərin edilməsi;
- Müxtəlif geoloji-texnoloji tədbirləri nəzərə almaqla proqnoz ssenarilərinin hazırlanması;
- Ssenarilər üzrə variantların hazırlanması.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq istiqamət üzrə 4 il;
- Dil bilikləri: İngilis dili;
- Kompüter bacarıqları: MC Office proqramları;
- 4 sertifikat müvafiq ixtisas kursu;
- Dərketmə, detallara diqqət, dürüstlük, etik davranış, məsuliyyət, nizam-intizam, peşəkarlıq, problem analiz etmə;
- Neft və qaz yataqlarının geologiyasının nəzəri əsaslarını, mədən geofizikasını;
- Kompüter proqramlarından istifadə etməklə quyu karotaj diaqramlarının interpretasiyasını, korelyasiyasını və müxtəlif petrofiziki hesablamaların aparılmasını;
- Seysmik məlumatların interpretasiyasını və quyu məlumatlarına bağlanmasını;
- Məlumatlar bazasının yaradılması və yenilənməsini, məlumatlar üzrə keyfiyyətə nəzarəti;
- Yataqların geoloji-petrofiziki modelləşdirilməsi üçün beynəlxalq standartlara cavab verən müvafiq üsul və vasitələrdən istifadə etməyi;
- Yeni quyuların yerinin əsaslandırılmasını, müxtəlif geoloji-texniki tədbirlərin aparılması üçün quyuların seçilməsini;
- Geoloji modellərin qurulmasında və ehtiyatların hesablanmasında qeyri-müəyyənliklərin təyini, təhlili və prosesə təsir dərəcəsinin araşdırılmasını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğın təhlükəsizliyi norma və qaydalarını, mülki müdafiə qaydalarını bilməlidir.
Mühəndislik
Neft və qaz