SOCAR

Böyük mühəndis

988 ₼
Tam iş günü
Ağsu, Azərbaycan
09.04.24 - 09.05.24

İş haqqında məlumat

  • Yer üstü və yeraltı qaz kəmərlərinin yararlılıq dərəcəsinin və texniki vəziyyətinin yoxlanılması üçün xidmət rəisinin tapşırığına əsasən müraciət məktubunu hazırlamaq, təqdim etmək, irad və təklifləri nəzərə almaq;
  • Yerində baxış keçirmək, nasazlıqları aşkar etmək; 
  • Trass istiqamətində torpağın xüsusi müqavimətinin aktivlik dərəcəsinin, izolyasiya örtüyünün, korroziyanın dərəcəsinin şurf yolu ilə yoxlanılmasında iştirak etmək; 
  • Şurfların açılması işlərinin qaydalara uyğun şəkildə həyata keçirilməsinə nəzarət etmək, (ekskovatorun və fəhlələrin işinə nəzarət etmək - kəmərə 0,40m qalmış ekskavatorun işini saxlamaq, qazma işlərinin əl ilə aparılmasına nəzarət etmək, ölçmələri aparmaq və s.); 
  • Qaz kəmərlərinin izolyasiyasının möhkəmliyinə, mühafizənin effektivliyinə nəzarət etmək;
  • Elektrometrik ölçmə işlərinin aparılmasına nəzarət etmək, işlərdə iştirak etmək; 
  • Yeraltı boru kəmərlərinin korroziyadan qorunması üzrə montyorun işinə nəzarət etmək, lazım gələrsə işlərdə iştirak etmək;
  • Qaz kəmərlərinin texniki vəziyyəti barəsində müayinə aktını (aktlarının) tərtib etmək, imzalamaq və müvafiq qaydada təqdim etmək; 
  • Müşayətedici məktubu və təsdiq edilmiş aktı arxivləşdirmək; 
  • Yeraltı qaz kəmərlərində korroziyanın qarşısının alınması üçün perspektiv planları hazırlamaq, təklifləri xidmət rəisinə təqdim etmək;
  • Quraşdırılacaq və təmir ediləcək EKM qurğularının plan qrafiklərini hazırlamaq, təsdiq edilmiş plan qrafikə əsasən EKM qurğularının təmir işlərini yerinə yetirilməsinə nəzarət etmək və texniki pasportlarda qeydiyyat aparmaq; 
  • Quraşdırılacaq və təmir ediləcək EKM qurğuları barədə arayış hazırlamaq və razılaşdırmaq (yerində baxış keçirmək və s.) və təqdim etmək;
  • Layihə və proqramların işlənib hazırlanmasında, yeni avadanlıq və cihazların laboratoriyada və magistral qaz kəmərlərində sınaqdan keçirilməsi ilə bağlı lazımi tədbirlərin görülməsində, texniki sənədlərə baxış keçirilməsində iştirak etmək, rəyləri hazırlamaq.

Tələblər



Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar