SOCAR

Böyük mexanik

1212 ₼
Tam iş günü
Bakı, Azərbaycan
27.03.23 - 26.04.23

İş haqqında məlumat

  • Planlı təmir xəbərdarlıq qrafikini hazırlamaq;
  • Qrafikə uyğun baxış və təmir edilən avadanlıqların jurnalda qeydiyyatını aparmaq;
  • Yanğın söndürmə balonlarının və şlanqların vaxtaşırı baxışın keçirilməsinə nəzarət etmək;
  • Bazanın su xətlərinin təmirinin təşkili və icrasına nəzarət etmək;
  • Kanalizasiya sitemlərinin, istilik sistemlərinin təmirinin təşkili və icrasına nəzarət etmək;
  • Bazanın enerji sisteminin təmirinin təşkili və icrasına nəzarət etmək;
  • Bazada mövcud olan maşın, mexanizmlərin təmirinin təşikili və vaxtaşırı baxımına nəzarət etmək;
  • Maşın və mexanizmllərin sürtkü yağı və yanacaqla təmin etmək;
  • Köhnəlmiş avadanlıqların müəyyən edilməsi və onların təmirini növbələşdirmək;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak etmək;
  • Anbara malın boşaldılması və maşınlara yüklənilməsi üçün avtoyükləyicilərin və kranların təşkili və işinə nəzarət etmək;
  • Vaqonların boşaldılması və yüklənməsi üçün kranların təşkili və işinə nəzarət etmək;
  • Mal və avadanlıqların daşınması üçün traktorun təşkili və işinə nəzarət etmək;
  • Vaqonların daşınması üçün teplovuzun təşkili və işinə nəzarət etmək;
  • Əməyin mühafizəsi üzrə görülən işlərin uçotu jurnalında işlərin riski və təhlükəsizlik qaydalarına riayət olunması barədə qeydləri aparmaq və işçiləri təlimatlandırmaq;
  • Yanacaq və sürtkü yağlarının istifadəsi barədə hesabatları hazırlamaq; 
  • Maşın və mexanizmlərin vəziyyəti haqqında hesabatları hazırlamaq; 
  • Maşın və mexanizmlərin sürcülərinə yol vərəqələrini hazırlamaq;
  • Avadanlıqların təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədləri işləyib hazırlamaq;
  • Aylıq davamiyyət tabelini hazırlamaq;
  • Əmək şəraitinin yoxlanılması jurnalında baş verən nöqsanlar barədə qeydləri aparmaq;
  • İşlərin görülməsi zamanı lazım olan və çatışmayan avadanlıqların alınması haqqında təqdimatı hazırlamaq;
  • Təlimat jurnalını hazırlamaq və vaxtaşırı işçilərə proqram üzrə təlimatlar keçirmək;
  • Tabeçiliyində olan işçilərin işlərinə nəzarət etmək;
  • Bazanın bütün təmizliyinə nəzarət etmək.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahə üzrə 1 il;
  • Dərketmə;
  • Detallara diqqət;
  • Dürüstlük;
  • Etik davranış;
  • Məsuliyyət;
  • Mühakimə;
  • Nizam-intizam;
  • Peşəkarlıq;
  • Problem analiz etmə;
  • Enerji təminatını;
  • Mexaniki emal işlərini;
  • Təmir-tikinti və quraşdırma işlərini;
  • Fəaliyyəti tənzimləyən daxili normativ sənədləri;
  • Davranışın və təhlükəsizliyin müşahidə sistemini;
  • Neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemini;
  • Mexaniki avadanlıq və qurğuların istismarını;
  • Mexaniki avadanlıq və qurğuların quraşdırılmasını;
  • Mexaniki avadanlıq və qurğulara baxışı;
  • Mexaniki avadanlıq və qurğulara qulluq etməyi;
  • Mexaniki avadanlıq və qurğuların təmirini;
  • Mexaniki avadanlıq və qurğuların sökülməsini bilməlidir.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar