SOCAR

Böyük geoloq

1344 ₼
Tam iş günü
Hacıqabul, Azərbaycan
01.11.23 - 01.12.23

İş haqqında məlumat

  • Qazın vurulması, götürülməsi üzrə cari və perspektiv planların tərtibatında iştirak etmək;
  • Dövri olaraq yataqların işlənməsi vəziyyətinə nəzarət etmək;
  • Yataqların struktur formasına uyğun olaraq quyuların açılmasına nəzarət etmək;
  • Qazın vurulmasi və götürülməsini artırmaq üçün keçirilən geoloji-texniki tədbirlərdə işçilərin təhlükəsizliyinə, qəzaların baş verməməsinə nəzarət etmək;
  • İzobar xəritələrini qurmaq;
  • Layda kontur sularının hərəkətinə, qazgötürmə prosesinə nəzarət etmək;
  • Quyu rejimlərini, perforasiya intervallarını seçmək;
  • Gündəlik təzyiqlər, mədən tədqiqat işləri haqqında, QƏYTS-nin gördüyü işlər haqqında, aparılmış perforasiya haqqında məlumatları quyu pasportlarına və jurnallarına köçürmək;
  • Ay ərzində quyunun işlədilmə müddəti və sərfi haqqında məumatları işləmək;
  • Yeni istismar-basqı quyularının qazılması üçün yeni nöqtələrin seçilməsi və onların layihə təyinatlarının baxılmasında iştirak etmək;
  • Mədən geofizikası tədqiqatı partlayış - atma işləri aparılarkən təhlükəsizlik texnikasına riayət olunmasına nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra etmək;
  • Struktur bölmə üzrə əməyin mühafizəsi, istehsalat sanitariyası və texniki təhlükəsizliyin tələblərinə, həmçinin ətraf mühitin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət etmək. 

Tələblər



Oxşar vakansiyalar