SOCAR

Böyük geoloq

1344 ₼
Tam iş günü
Hacıqabul, Azərbaycan
28.08.23 - 27.09.23

İş haqqında məlumat

  • Qazın vurulması, götürülməsi üzrə cari və perspektiv planların tərtibatında iştirak etmək;
  • Dövri olaraq yataqların işlənməsi vəziyyətinə nəzarət etmək;
  • Yataqların struktur formasına uyğun olaraq quyuların açılmasına nəzarət etmək;
  • YQA-da quyularının geoloji səbəbdən ləğv edilməsi və konservasiyası sənədlərini, quyuların izolə-ləğv və sınaq-mənimsəmə üzrə iş planlarını, QAİİ tərəfindən quyular üzrə hazırlanmış protokolları və müvafiq aktları yoxlamaq;
  • İzobar xəritələrini qurmaq;
  • Layda kontur sularının hərəkətinə, qazgötürmə prosesinə nəzarət etmək;
  • Quyu rejimlərini, perforasiya intervallarını seçmək;
  • Ay ərzində quyunun işlədilmə müddəti və sərfi haqqında məumatları işləmək;
  • Yeni istismar-basqı quyularının qazılması üçün yeni nöqtələrin seçilməsi və onların layihə təyinatlarının baxılmasında iştirak etmək;
  • Mədən geofizikası tədqiqatı partlayış - atma işləri aparılarkən təhlükəsizlik texnikasına riayət olunmasına nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra etmək;
  • Struktur bölmə üzrə əməyin mühafizəsi, istehsalat sanitariyası və texniki təhlükəsizliyin tələblərinə, həmçinin ətraf mühitin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət etmək. 

Tələblər

  • Təhsil: Ali bakalavr;
  • Təcrübə: Müvafiq sahə üzrə 2 il;
  • Kompüter bacarıqları: Microsoft Excel, Microsoft Word, Microsoft Outlook;
  • Şifahi özünüifadə, təqdimetmə, yazılı özünüifadə, məsuliyyət, nizam-intizam, detallara diqqət, işi təqib etmə, dürüstlük, etik davranış, peşəkarlıq, dərketmə, mühakimə, problem analiz etmə, yaradıcılıq;
  • Neft və qaz olan rayon və yatağın geologiyasını;
  • Quyuların mövcud mədən və geofiziki tədqiqat metodlarını;
  • Quyuların qazılması və istismarı üsullarını və tətbiq olunan avadanlıqların xarakteristikalarını;
  • Quyuların qazılması, cari və əsaslı təmiri texnologiyasının əsaslarını;
  • Lay sularının utilizasiyasını;
  • Neftin, qazın və suyun fiziki-kimyəvi analizi;
  • Struktur xəritə-profillər, izobar və izotermik xəritələrin qurulmasını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını;
  • Ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını bilməlidir.
  • Vakansiya ilə maraqlanan şəxslər https://careers.socar.az/sap/bc/webdynpro/sap/hrrcf_a_posting_apply?PARAM=cG9zdF9pbnN0X2d1aWQ9OEVEQjg1RkJEQzAyMUVERTkwQ0Y3MjVCQzY1MzQwMDUmY2FuZF90eXBlPUVYVA%3d%3d&sap-theme=sap_bluecrystal&sap-client=600&sap-language=AZ&SAP-WD-CONFIGID=ZHCM_WDC_ERC_UNREG_DEF# linkinə keçid edərək müraciət edə bilər.