Unitrade

Biznesin inkişafı üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
27.10.23 - 26.11.23

İş haqqında məlumat

  • Təşviqatların hazırlanması, həyata keçirilməsi, hesabatların verilməsi;   
  • Tanıtım analitikası;
  • Biznes proseslər üzrə texniki sənədlərin ( texniki tapşırıq, use-case, istifadəçi təlimatları) hazırlanması;
  • Mənfəət və zərər proqnozu, bazar araşdırması kimi öhdəliklərin yerinə yetirilməsi;  
  • Satış şöbəsi üçün endirimlər və promosyon məhsulların proqram təminatı sistemində işlənib hazırlanması;
  • Gündəlik biznes prosesləri anlamaq üçün biznes vahidləri ilə işləmək;
  • Müştəriləri və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Koroğlu m., Anbarım.

Tələblər

  • Təhsil: Ali (İqtisadi sahədə);
  • Təcrübə: Maliyyə, o cümlədən bank və ya sığorta sektorunda arzuolunandır;
  • Kompüter bacarıqları: Excel və digər ofis proqramları üzrə biliklər;
  • Dil bilikləri: Səlis şəkildə rus dili biliyi mütləqdir, ingilis dili biliyi arzuolunandır;
  • Müşahidə və analiz qabiliyyətinin olması;
  • Müxtəlif iş tapşırıqlarının eyni vaxtra icra edilməsi qabiliyyəti;
  • Yüksək ünsiyyət, təqdimetmə və komandada işləmək bacarığı;
  • Problemləri həll etmə bacarığı.


Oxşar vakansiyalar